Rusiyada bir qrup çeçeni üzr istəməyə məcbur etdilər

  • 15 sen 2020, 17:22
Rusiyanın Kalininqrad vilayətində pravoslav məbədinin yanındakı bulaqda çəkmələrini və ayaqlarını yuyub, bunu videoya çəkən çeçenlər üzr istəməyə məcbur edilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çeçen gəncliyi ittifaqının rəhbəri Rüstəm Tapayev məlumat yayıb.

“Belə davranış nə pravoslavlara, nə də müsəlmanlara layiq hərəkət deyil. Əgər bir obyektin hər hansı dini bir əhəmiyyəti varsa, buraya hörmətlə yanaşmaq lazımdır”,-deyə o, söyləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bir videoda Çeçenistandan gəlmə olduğu bilinən gənclərin həmin bulaqdakı hərəkəti Rusiyada böyük səs-küyə səbəb olub. Onlardan biri istehza ilə “Bunlara görə su müqəddəsdir, biz isə onunla ayağımızı təmizləyirik”,-deyə səslənir. Daha sonra həmin videoçarx polisin də diqqət mərkəzinə düşüb. Rusiya pravoslav kilsəsinin Kalininqrad Yeparxiyası isə əhalini hadisəni şişirtməməyə çağırıb.

İnsidentin iştirakçılarından biri, artıq baş verən hadisəyə görə üzr istəyib. “Mən heç bilmirdim ki, bu su belə əhəmiyyət daşıyırmış”,-deyə Rəsul adlı həmin şəxs bildirib.
Oxşar xəbərlər