Gənc müğənniləri təhqir edənlər tutuldu - VİDEO

  • 28 iyun 2020, 19:25
Polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni barədə sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına təhqiramiz şərhlər yazanlar saxlanıb.
Real TV xəbər verir ki, əsassız olaraq təhqirə məruz qalmış şəxslərin müraciətləri əsasında sosial şəbəkələrdə onları aşağılayan, şərəf və ləyaqətlərini təhqir edənlər müəyyənləşdirilib.
Öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olmuş şəxslərlə bağlı materiallar məhkəmələrə göndərilib.
Onların hər biri 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər