Həbs olunan jurnalistin məktəbli övladları da təhlükədədir

  • 21 dek 2022, 21:00

   Bildirirəm ki, həyat yoldaşım Osman Nərimanoğlu (Rzayev) 05.07.2022-ci il tarixdə Göygöl prokurorunun və dostlarının sifarişilə qanunsuz həbsə məruz qalmışdır.Jurnalist peşə fəaliyyətilə əlaqədar ərimin həbsindən sonra təəssüf ki, ailə üzvləri kimi mənə və məktəbli övladlarıma qarşı da mənəvi basqılar,şantaj və hədə-qorxular,qanunsuz əməllər törədilmişdir.Xüsusi ilə,Göygöl rayon S.Vurğun adına 3saylı tam orta məktəbin 6-cı və 9-cu sinif şagirdləri Rzazadə Ağamir və Elmir atasından qisas alınması məqsədilə məktəbin rəhbərliyi tərəfindən pedaqoji fəaliyyətdən kənar üsullarla təzyiq və təqibə məruz qalmışdır.

   Hazırda ərimin həbsində maraqlı olan prokurorun,polislərin və digər yerli məmurların təhdidlərini nəzərə alaraq hesab edirəm ki,övladlarımın məktəbə getmələri onların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil.Məktəbli uşaqlarımı və özümü də ərim kimi həbs etdirəcəklərini bildirən və prokuror İlqar Hacızadəyə bağlı böhtançı şəbəkənin real təhdidlərini, hədə-qorxularını nəzərə alaraq hesab edirəm ki,uşaqlarım məktəbə getməməli,onların icbari təhsildən təhlükəsiz və səmərəli yararlanması üçün rəsmi səviyyədə tədbir görülməlidir.Ona görədə Ağamir və Elmirin məktəbə getməsindən imtina edir,prokurorun,rayon polis şöbəsinin və digər yerli özbaşına məmurların hədələrinin rəsmi qaydada aradan qaldırılmasını xahiş və tələb edirəm.

Oxşar xəbərlər