"Gəncə Aeroportunun komandiri barədə iddialar əsassızdır" - AÇIQLAMA

  • 01 iyul 2022, 10:30

Gəncə Beynəlxalq hava limanı Demokratik.Az saytının 23 iyun 2022-ci il tarixli buraxılışında yer alan XƏBƏRƏ münasibət bildirib. 

Təkzibedici açıqlamada bildirilir:

"Gəncə aeroportunun direktoru Bəylər Nəcəfovun şəxsi təsərrüfatında çobanlıq edən şəxsləri eyni zamanda aeroportun bağban ştatına yerləşdirməklə onlara maaş yazması barədə səsləndirdiyiniz iddialar həqiqəti əks etdirmir. Yəqin ki, bu barədə məlumatı verən şəxslər bu yolla Gəncə Aeroportuna və hava limanının direktoruna qarşı qərəzli şəkildə mənfi rəyin yaradılmasına çalışırlar. Eləcə də Bəylər Nəcəfovun Samux rayonunda və ya digər rayonun ərazisində heç bir fermer təsərrüfatının olmadığını bildiririk. Hava limanında mövcud iş rejimi şəffaf təşkil edilmişdir, bizdə bağban kimi çalışanlardan heç biri çoban işləməyib və işləmir. Deyilənlər sadəcə gülüş doğurur".

Bunları Demokratik.Az-ın suallarına cavabında Gəncə Beynəlxalq Hava limanının rəsmisi bildirib.   

Demokratik.Az digər mənbələrdən də xəbəri dəqiqləşdirməyə çalışdı, lakin, məlumat öz təsdiqini tapmadı. Ona görə də yayılan xəbəri təkzib edirik.

Demokratik.Az

Oxşar xəbərlər