Göygöl xəstəxanasının direktoru Vasif Əliyev niyə hələ də vəzifəsindən uzaqlaşdırılmır?!

  • 01 fev 2023, 19:50

Göygöl rayon prokuroru İlqar Hacızadənin və yaxın dostu Vasif Əliyevin maddi maraqları əsasında 05.07.2022-ci il tarixdən qanunsuz həbsə məruz qalan jurnalist Osman Nərimanoğlunun barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşmışdır.İş baxılması üçün artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilmişdir.Hazırda diqqət çəkən ən mühüm məqam Göygöl RPŞ-nin İB-də açılmış 220770088 saylı cinayət işində təşkilatçılıq etmiş Göygöl RMX-PHŞ-in direktoru Vasif Əliyevin hələ də vəzifəsində saxlanılmasıdır.Nəticədə Vasif Əliyev öz tabeliyindəkiləri təzyiq və təhdid altında saxlayaraq prokuror İlqar Hacızadənin də köməkliyi ilə jurnalistin həbsinə və istintaqın bütövlükdə aldadılmasına nail olmuşdur.Qanunvericiliyin tələbləri pozulmaqla maraqlı və vəzifəli şəxs olaraq 7aylıq istintaq dövründə V.Əliyevin sərancama alınmaması,vəzifədə saxlanılması sadəcə rəzalətdir.

Hesab edirik ki, məhkəmə təhqiqatının ədalətli keçirilməsi,şahid və ya zərərçəkmiş qismində işdə adıkeçən xəstəxana işçilərinin təzyiq və təhdiddən uzaq olması üçün V.Əliyev təcili hazırki vəzifəsindən uzaqlaşdırılmalı,sərancama alınmalıdır.

Göygöl RMX-PHŞ-də çalışan və Vasif Əliyevə tabeli şəxslər aşağıdakılardır:

1) Vasif Əliyev - Göygöl RMX PHŞ-nin direktoru 

2) Əlikömək Əliyev - RMX PHŞ-nin ümumi şöbəsinin müdiri 

3) Rəşad Ələkbərov - Xəstəxanada stomotoloq (poliklinikanın baş həkiminin əri)

4) İsmayıl Cəfərov - Xəstəxananın mühafizə xidmətinin rəhbəri 

5) Saida Nasiri - Xəstəxananın ginekoloqu 

6) Vüsalə Məmmədova - Xəstəxananın aptek işçisi 

7) Təranə Rəhimova - Xəstəxananın aptek işçisi 

8) Sənan Aslanov - Vasif Əliyevin sinif yoldaşı

Oxşar xəbərlər