Osman Nərimanoğlunun məhkəmə prosesi niyə uzadılır?

  • 12 may 2023, 14:30

Bildiyiniz kimi 05.07.2022-ci il tarixindən jurnalist Osman Nərimanoğlu Göygöl rayon prokuroru İlqar Hacızadənin məmur dostlarının, Göygöl RMX-nın direktoru Vasif Əliyev və tabeliyindəki işçilərinin böhtan xarakterli ərizələri əsasında həbs olunub.9nəfər zərərçəkmiş,5nəfəri xəstəxananın kollektivi olmaqla ümumilikdə 14 nəfər zərərçəkmiş və şahid qismində işdə tanınıblar.Hamısı yalanlarla,əsasları olmadığı halda üzə durublar.Heç vaxt jurnalistlə əlaqəsi olmayan şəxslər də prokurorun həbs planı şəklində şər-böhtan kampaniyası təşkil edib həbs etdiriblər. 7ay 15gün saxta istintaq aparıblar.09.02.2023-cü ildən də prokurorun hazırladığı qondarma ittiham aktı,Göygöl PŞ-nin müstəntiqi Röyal Məmmədovun "İŞƏ DAİR HEÇ BİR MADDİ SÜBUT YOXDUR" cümləsi ilə bağlanaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin icraatına verilib.Bu günə qədər hələ də məhkəmə istintaqı yekunlaşdırılmır,hakimlər süründürməçilik edirlər.Heç bir səbəb məlum deyil,görünür  kənardan  müdaxilələr olunur,siyasi xarakter daşıyır,bizə məlum olmayan oyunlar gedir.

Ümid edirik ki,jurnalistə qarşı hazırlanan "SİFARİŞLİ HƏBS"mütləq ölkə rəhbəri cənab prezident İlham Əliyevə çatdırılacaq və Osman(Rzayev)Nərimanoğluna qarşı "Hüquqi Terror"aktı həyata keçirənlər layiqli cəzalarını alacaqlar.

Oxşar xəbərlər