Jurnalist Osman Nərimanoğlunun ailəsinə böyük itki

  • 10 mart 2023, 10:09

05.07.2022-ci il tarixindən Göygöl rayon xəstəxana direktoru Vasif Əliyev və tabeliyindəki işçilərinin şər-böhtanları əsasında qanunsuz həbsə məruz qalan jurnalist Osman Nərimanoğlunun nənəsi,prezident təqaütçüsü,əməkdar müəllimə Rzayeva Almaz İbad qızı nəvəsinin haqsız yerə həbs olunduğuna görə aylardır mənəvi iztirablar keçirirdi.Bununla bağlı dəfələrlə cənab prezidentə,baş prokurorluğa və digər dövlət orqanlarına müraciətlər etsə də,təəssüf bütün Gəncə şəhərinin sevimlisi,Ulu öndər Heydər Əliyevin əməkdar müəllim adına layiq gördüyü Almaz müəllimənin fəryadını duyan,harayına səs verən olmadı.07.03.2023-cü ildə yaşadığı Göygöl şəhərində dünyasını dəyişən Almaz müəllimə: "Osmanı haqsız həbs etdilər.Onları əsla bağışlamayacağam,gərək ki,Allah da bağışlamasın,ahım yerdə qalmasın"ifadələri ilə son nəfəsini vermiş,fani dünyaya əbədi gözlərini yummuşdur.

Hal hazırda məhkəmə istintaqı gedən Osman(Rzayev) Nərimanoğlunun 09.03.2023-ci il tarixində Gəncə Ağır Cinayətlərdə Roman Ələkbərlinin hakimliyi ilə keçirilən məhkəmə prosesində qanunvericiliyə əsasən yas mərasimində iştirak etmək üçün jurnalistin vəkilləri tərəfindən vəsadət verilsə də,təəssüf ki, vəsadət təmin edilməmişdir.

Ömrünün 60ilini bu dövlətə həsr etmiş hörmətli Almaz müəlliməyə Allahdan rəhmət diləyirik...

Oxşar xəbərlər