Rus sülhməramlılar Laçını tərk edib?

  • 05 iyul 2022, 15:45

Belə görünür ki, Ermənistanla qonşuluq eləmək çətin olacaq. Bütün davranışları ilə deyirlər ki, “Türk, gəl, bayrağını sanc İrəvan qalasının yerində, bizi də qov gəldiyimiz yerəcən!” Əks təqdirdə niyə belə ağılsızlıq eləsinlər ki? Əslində bu, dünya erməniçiliyinin ilk ağılsızlığı deyil, tarix boyu etdikləri xəyanətin, törətdikləri cinayətin cəsazı olaraq ora-bura qovulublar. Son əsrdə də Osmanlıya və Azərbaycana xəyanətin bədəlini ödəyirlər...

Buyurun, Azərbaycan və Türkiyə yeni səhifə açmaq istəyir, deyir gəlin, siz də qoşulun adamlar – ölkələr cərgəsinə, normal həyatınızı yaşayın, bunlar deyirlər yox e, “bizim adımız Mədətdir, bu iş bizdə adətdir!”

Azərbaycana yüz milyardlarla zərər vurublar, 44 günlük müharibədə burunları ovulub, amma yenə də silahı yerə qoymurlar, gah Kəlbəcər, gah Laçın istiqamətində tətiyi çəkirlər. Anlamırlar ki, bir gün Qaragöl əməliyyatına bənzər hadisələrlə üzləşərlər və Azərbaycan əsgəri Göyçə gölünə tilov atar...

Türkiyə də bəyan edir ki, bir əsrdir qondarma “soyqırım” iddialarına baxmayaraq, Ermənistanla sərhədləri açmağa hazırdır. Qarşılığında Ermənistan konstitusiyasından Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasını nəzərdə tutan referendum elan olunmalı, Ermənistanın dövlət gerindən Ağrı dağının əksi çıxarılmalı və digər xoşməramlı addımlar atılmalıdır. Amma ermənilər nə deyirlər: “Türksüz Ermənistan!”, “Ermənistanda türklərə yer yoxdur!”

Bu axmaq tayfa heç düşünürmü ki, bir gün Türkiyədə “Ermənisiz Türkiyə!” şüarı ilə aksiyalar başlasa və leqal, yaxud qeyri-leqal yaşayan 200 minədək erməni ac-yalavac Ermənistana qovulsa, onların gün-güzəranı necə olacaq? Hələ Ermənistanda bir nəfər də türk yoxdur, əlacsız qalıb Paşinyana “türk” adını qoyublar bu gerizəkalılar.

Hələ də Qarabağdakı ermənilərin “təhlükəsizlik” səbəbindən Azərbaycanın tərkibində yaşamasını mümkün saymayanlar güzgüdə özlərinə baxırlarmı heç? Baxsaydılar, görərdilər ki, üzlərində azərbaycanlı günahsız insanların qan ləkələri var. Qarabağda yaşayan ermənilər soyqırıma məruz qalmayıb e, azərbaycanlılar uşaqdan-böyüyə qətlə yetiriliblər. Hələ biz son 34 ildən danışırıq, ötən əsrin əvvəlindəkiləri bir tərəfə qoyuruq. Bir də erməni olduğuna görə kimsə öldürülsəydi, indi Bakıda azı 30 min nəfərlik erməni qəbiristanlığı salınardı. Bunu ermənilər qanmırsa, bəs onların havadarları, “Minsk Qrupu” adı altında oyunbazlıq edənlər də anlamırmı?

Bu günlərdə ermənilər stəkanda fırtına qoparmağa cəhd edirlər. 2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq, Laçın şəhərindən yan keçən yeni yolun çəkilməsindən sevinməkdənsə, yasa batıblar: Laçın şəhəri və Zabux kəndi əldən çıxacaq deyə. Əbləhlikdir! 30 il torpaqlarımızda at oynadıblar, son döyüşdə məğlub olublar, indi də üzüsulu cəhənnəm olub getmək istəmirlər. Hətta gəlmək niyyətindədirlər. Bəli, bəli, gəlmək! Laçın dəhlizi üzərində yerləşən Zabux kəndindəki bəzi sırtıqlar iddia edirlər ki, kənddən çıxmayacaqlar, digərləri də Şuşanın kəndlərinə, Qarabağın digər bölgələrinə yerləşmək niyyətindədir. Hələ də başa düşmək istəmirlər ki, Azərbaycan ərazisində yaşamaq üçün Azərbaycan qanunlarını qəbul etmək, pasportunu, kimliyini daşımaq lazımdır! İstisnasız olaraq Zabux kəndində yaşayanlar araşdırılmalı, vaxtilə Azərbaycan vətəndaşı olmayan şəxslərin ağzından vurulmalıdır, gəldikləri yerə getsinlər!

1992-ci ildə Ermənistan tərəfindən işğal edilən Zabux kəndinə Suriya, Livan, Rusiya, İraq və digər ölkələrdən ermənilər köçürülüb. Hazırda burada 300-ə yaxın erməni qeyri-qanuni şəkildə yaşayır, kəndimizin adını da mundarlayıblar - “Aqavno” adlandırmaqla! Hətta Zabuxun “icma rəhbəri” Andranik Çavuşyan da Livan ermənisi olan birisidir. İşğalda olduğu dönəmdə bu kənddə rəhbəri Zeylan Öcalan olan “Kürd konqresi” adlı terrorçu qrupun yerləşdirildiyi barədə xəbərlər yayılmışdı. Amma sonradan həmsədr ölkələrdən biri işğal altında olan, üstəlik terrorçuların yerləşdirildiyi bu kənddə kilsə (!!!) tikilməsindən ötrü pul ayırdı. Belə... İndi həmin ölkə Minsk Qrupunu “komadan çıxartmaq” üçün canfəşanlıq edir. Dolayısı ilə həm də Zabuxdakı erməni quldurlarına stimul verir. Videoreportaja baxdım, “yersiz gəldi, yerli qaç” aforizmindən bəhrələnən haylar “bura bizim torpaqlarımızdır, heç yerə gedən deyilik”, - deyə haykırırlar. Vadar edirlər ki, “Dəmir Yumruq” öz missiyasını həyata keçirtsin.

Neçə gündür mətbuat yazır, faktlar yayılır, hətta ermənilər özləri etiraf edir: Laçın şəhərini yandırır, talayırlar! Amma bölgəyə cavabdeh olan Rusiya sülhməramlılarından, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bir reaksiya yoxdur! Niyə? Bu bölgədə vəziyyətə 5 il müddətinə nəzarət etmək funksiyasını üzərinə götürən Rusiya hərbi kontingenti, onun komandanlığı, Rusiya Müdafiə Nazirliyinin səsi, sorağı niyə çıxmır? Bəlkə 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinə görə ermənilər Laçını yandırıb, talayıb Azərbaycana təhvil verməliymiş?! Niyə sükut edirlər? Yoxsa erməni talanlarına öyrəncəli olublar, daha təəccüblənmirlər bu vandalizm hərəkətlərinə görə? Axı yanan LAÇINLILARIN EVLƏRİDİR!!! Olmaya yanğını söndürməyə su maşınları, ya heç suları yoxdur. Axı Xankəndi ermənilərinə su lazım olan kimi özlərini yetirirlər, “boçka”larda su daşıyırlar. Onda Laçınla bağlı sükutun səbəbi nədir? Ermənilər hətta ermənilərin işğal dövründə yaşadıqları evləri talayır, qapı-pəncərələrini, tualetdəki unitazlarını da söküb aparırlar, rus hərbçilər görmürlərmi? Bir ara xəbərlər yayılırdı ki, rus sülhməramlıları Ukraynaya aparılır. Bəlkə rus sülhməramlıları Qarabağdan gediblər, Laçın şəhərini tərk ediblər, xəbərimiz yoxdur...

Oxşar xəbərlər