Göygöl prokurorundan jurnalistin ailəsinə növbəti "SUS" məsajı

  • 17 dek 2022, 22:33

Həyat yoldaşım Osman Nərimanoğlu (Rzayev) 05.07.2022-ci il tarixində Göygöl rayon prokuroru İlqar Hacızadənin və dostlarının maraqları əsasında qanunsuz həbsə məruz qalmışdır.Ərim Osman Nərimanoğlunun jurnalist peşə fəaliyyətinin məhdudlaşdırılmasında iştirak edən və jurnalistə kollektivi ilə birlikdə böhtan ataraq həbsinə nail olan Göygöl RMX-PHŞ-nın direktoru Vasif Əliyev yer almışdır.Həyat yoldaşımın qanunsuz həbsinə görə dəfələrlə yuxarı dövlət orqanlarına müraciət etmişəm.Eləcə də Vasif Əliyev və qeyrilərinin dost olduqları prokurorla əlbir olaraq özlərinin korrupsiya və digər əməllərini gizlətmək məqsədilə Osmana qarşı şər-böhtan kompaniyası apardıqlarını sosial şəbəkədə ("Hüquq saatı" youtube tv) bildirmişəm.Buna görə Vasif Əliyev məni ARCM-nin 147.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməyimi Göygöl məhkəməsindən xüsusi ittiham qaydasında xahiş etmişdir.14.12.2022-ci il tarixdə məhkəmənin hakimi Əyyub Kərimov CPM-nin tələblərini bilə-bilə pozaraq icraata aldığı xüsusi ittihamı icraat baxışına uyğunluğunu araşdırmaq əvəzinə,vəkilsiz məhkəmədə məni sual atəşinə tutaraq Vasif Əliyevin vəkili qismində münasibət göstərmişdir.Eləcə də öz müstəqilliyini və məhkəmə ədalətini unudaraq qarşı tərəfdən üzr istəməyimi,törətmədiyim əməli etiraf etməyimi tələb etmişdir.Məhkəmə qapalı keçirilsə də,tanımadığım şəxsin qanunsuz yolla telefonla danışıqlarımı audio qeydə almağını təşkil etmişdir.

Ailəmizə qarşı saxta,suni cinayət işi açdırırlar.İstintaqı şəffaf aparmaq əvəzinə,mental dəyərlərə qulluq etmək əvəzinə artıq keçiblər məmur şəbəkəsi ilə prokuror birləşib Osman Nərimanoğlunun yazdıqlarına,araşdırmalar apardığına göz yummaqdan ötrü vəzifəsindən istifadə edərək ailəmə və mənə qarşı HÜQUQİ TERROR həyata keçirirlər.

Demokratik.Az

Oxşar xəbərlər