"Azəriqaz" media və QHT üçün səmimidirsə, bu SUALI da cavablandırsın - Hanı müayinə aktları?

  • 17 iyun 2022, 19:07
Bu gün SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub. Media və QHT nümayəndələri, eləcə də sosial şəbəkə fəallarının (bloggerlər) üzünə açıq olan aksiyada 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək iyunun 1-dən bu günədək daxil olan müraciətlərin statistikasını açıqlayıb. Şöbə rəisi həmçinin abonentlərə səslənərək onları sayğaclarla bağlı müraciətlərdə daha effektli davranmağa dəvət edib.

Tövsiyə olunub ki, əgər sayğaclarda problem yarananda 104 Çağrı mərkəzinə zəng olunubsa, o zaman abonentlərin sayğacın yanında olması vaxta qənaət baxımından daha  səmərəli olar. Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov sayğacların yenilənməsi və tətbiqi ilə bağlı mövcud vəziyyəti aksiya iştirakçılarının diqqətinə çatdırıb.

Şöbə rəisi ona ünvanlanan “Sayğacların dəyişdirilməsi məcburidirmi?” sualına cavab olaraq deyib ki, 5 il istismar olunan sayğacların dövlət yoxlamasına aparılması məcburidir və bu, müvafiq qayda və qanunlara əsaslanır. Rövşən Məhyəddinov bildirib ki, yoxlamadan sonra yararlı hesab olunan sayğacların yenidən istismara verilməsi prosesi də tam qaydalara uyğun olaraq həyata keçirilir.
Demokratik.Az olaraq Azəriqaz-ı ictimaiyyətin suallarına açıq olduğu üçün salamlayırıq. Və bilmirlərsə, məlumatsızdırlarsa, qurumun diqqətinə çatdırırıq ki, ölkə üzrə 5 il istismar olunan sayğaclar dövlət yoxlamasına aparılarkən abonentə aktla təqdim edilən cari (yeni) sayğacın özünün yararlılığını təsdiq edən müayinə protokolu mövcud olmur. Yəni, Azəriqaz hər 5 ildən bir evlərə quraşdırdığı yeni sayğacları laborator şəraitdə yoxlama etmədən, hansı əsasla istismara verir? Hanı müayinə aktları - yenisi hanı, köhnəsi nə zaman yazılır ki?
Demokratik.Az 
Oxşar xəbərlər