Gəncə sakini “Paşabank”-ın işçisini Xanlar Vəliyevə şikayət etdi - "Bu dezertir tam sağlamdır"
Gəncə şəhəri General Mehmandarov küçəsi 1-ci döngə mənzil 4-də yaşayan Həsənov Musa ilham oğlu hazırda “Paşabank”-da əməliyyatçı kimi çalışan, 1995-ci il təvəllüdlü Qəmbərov Mehman Mahir oğlunun saxta hərbi bilet almasını iddia edərək ölkənin Hərbi prokuroru Xanlar Vəliyevə açıq müraciət ünvanlayıb.
Surəti “Demokratik.Az”-a daxil olan şikayət məktubunda bildirilir:
“Gəncə şəhəri İsmət Qayıbov küçəsi 3-cü dalan, mənzil 10-da qeydiyyatda olan, Gəncə şəhəri Nizami rayon Hərbi komissarlığında harbi qeydiyyatda dayanan, hazırda isə Bakı şəhərində yaşayıb “Paşabank”da əməliyyatçı işləyən 1995 ci il təvəllüdlü Qəmbərov Mehman Mahir oğlu 2018-ci ildə müharibə şəraitində məzsədli şəkildə hansısa qaranlıq yollarla özünə saxta xəstəlik vərəqəsi çıxartdıraraq həqiqi hərbi xidmətdən yayınmışdır. Bu istəyini reallaşdırarkən arxasında kimlərin durduğunu deyə bilmərəm, amma bu gün müstəqil dövlətimizdə yüzlərlə, minlərlə azərbaycan oğulları 2020-ci ildə təkcə 44 günlük müharibədə canlarını qurban verərək şəhid olmuşlar. Allah bütün şahidlərimizə rəhmət eləsin! Yüzlərlə, minlarla əsgərlərimiz isə qəhrəmancasına vuruşmuş, nəticədə qazi kimi geri qayıtmışlar. Belə olan tərzdə, Mehman Mahir oğlu Qəmbərovun onlardan nəyi artıqdır?.
Bu adam bilə-bilə bir bəhanə ilə gizlənib ən başlıcası vətən borcunu yerinə yetirməmişdir. Özü də sizi inandınım ki, Mehman Qəmbərov tam sağlam oğlandır, sanki buz baltasıdır. Hələ üstəlik “Paşabank” kimi mötəbər bir bankda işləyir.
Ona görə, yuxarıda göstərdiklərimi nəzərə alaraq, xahiş edirəm ki, vətəndaş Qəmbərov Mehman Mahir oğlunun təkrarən sizin nəzarətinizlə hərbi tibbi komissiyadan keçməsini təmin edib və növbəti çağrışda onun əsgəri xidmətə getməsinə göstəriş verəsiniz”.
Demokratik.Az təəssüf hissilə bildirir ki, Azərbaycanda kifayət sayda hərbi xidmətdən yayınan, pulla hərbi bilet alan, lakin, yaxşı vəzifələrdə işləməyə müvəffəq olan şəxslər var. Bu kimi faktların araşdırılması isə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətindən, müvafiq hərbi həkim komissiyalarındakı maxinasiyalardan keçir.
Demokratik.Az