Gəncə Ağır Cinayətlər Məhkəməsi BAKCELL-i bəhanə edir

  • 02 noy 2023, 18:27

05.07.2022-ci il tarixindən həbsə məruz qalan jurnalist, siyasi məhbus Rzayev Osman Nərimanoğlunun məhkəmə şousu hələ də davam edir. 16 aydır məhkəmə istintaqı bəhanəsilə Osman Nərimanoğlu qanunsuz  həbsdə saxlanılır. 09.02.2023-cü il tarixdən Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin icraatında olan qondarma cinayət işinin yekunu kənar təsirlər altında qəsdən uzadılır, süründürməçiliyə yol verilir. Nəticədə hakimlər prosessual qanunvericiliyin tələblərini pozurlar.

Jurnalistin son məhkəmə prosesi 07.09.2023-cü il tarixdə keçirilmişdir. Həmin tarixdə anten dairəsi üzrə bakcell və azercell-ə sorğular göndərilmiş, bu bəhanə üzrə məhkəmə icraatı hələ də təzələnməmişdir. Qanunvericiliyə əsasən cinayət işləri üzrə sorğuların cavablandırılması 30 gündən gec olmayaraq həyata keçirilməlidir. Göründüyü kimi hakimlər məhkəmənin təşkilində qanunsuzluq edir, iki aydan artıqdır ki, bakcell mobil operatorundan cavab ala bilmir. Bu hal hakimlərin gücsüzlüyündən yox, Osman Nərimanoğlunun süni yolla qapalı şəraitdə həbsxanada saxlamaq sifarişini icrasından xəbər verir.

Demokratik.Az

Oxşar xəbərlər