Gəncənin tanınmış müəllimi təqaüdə göndərildi - FOTO

  • 01 iyul 2022, 16:12

Gəncə şəhəri 13 saylı tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Razim Musa oğlu Hacıyev 70 yaşında təqaüdə göndərilib. 

Demokratik.Az bildirir ki, Gəncənin tanınmış ziyalılarından və şagirdlərinin sevimli müəllimlərindən biri olan Hacıyevin təqaüdə göndərilməsi təmtəraqla qeyd edilib. Həm məktəbin kollektivi, eləcə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yubilyarı əlamətdar gündə tək qoymayıblar. 

Qocaman müəllim Regional Təhsil İdarəsinə dəvət edilib, ona "Uzun müddət Pedaqoji sahədə peşəkar fəaliyyətinə görə" FƏXRİ FƏRMANı təqdim edilib. Anar Qədimalıyev və digər müəllim yoldaşları Razim Hacıyevin 50 illik pedoqoji fəaliyyətini yüksək qiymətləndirib, ona xüsusi ehtiramlarını bildiriblər.

Demokratik.Az

   

Oxşar xəbərlər