DAŞKƏSƏNDƏ MÜƏLLİMLƏRİN SENTYABR KONFANSI KEÇİRİLİB

  • 13 sen 2017, 08:57

Demokratik.Az-ın məlumatına görə, dünən - Sentyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev,  Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bəylərov və 200 nəfərdən çox rayon müəllimi iştirak edib.

Konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq ilk öncə rayon mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, xatirəsini ehtiramla yad ediblər.

Konfransı açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında demişdir:

- Mən sizi və sizin şəxsinizdə rayonumuzun bütün müəllimlərini və müəllim kollektivlərini rayon ictimaiyyəti adından salamlayır, fürsətdən istifadə edib bütün təhsil işçilərini 2017-2018-ci dərs ilinin başlanması, qarşıdan gələn "Bilik Günü” münasibətilə təbrik edir və yeni dərs ilində sizin hər birinizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər diləyirəm, həmçinin konfransın işinə uğurlar arzulayıram.  

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın milli təhsil strategiyası bu gün ölkə başçısı çox hörmətli möhtərəm cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir. Dövlətimizin Başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, genişmiqyaslı quruculuq fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə ölkənin bütün sahələrində, eləcə də təhsil sahəsində qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə olan dərin inam hisslərini daha da gücləndirmişdir.

Ölkə Başçısının ali diqqət və qayğısı sayəsində respublikanın hər bir yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlər üçün normal iş şəraitinin yaradılması, onlarım maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

Təkcə son 6 ildə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən yeni ümumtəhsil məktəbləri tikilib istifadəyə verilmiş, bir çox təhsil müəssisəsi isə əsaslı və cari təmir edilmişdir.

Daşkəsən rayonunda ötən dərs ilində də tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılmasına dair görülən işlərin səviyyəsi daha geniş miqyas almışdır.

Birmənalı olaraq bildirirəm ki, rayonumuzda təhsilin inkişafı üçün atılan addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə və sabahına ali diqqət və qayğısının əyani göstəricisidir.

Daşkəsən rayonunda təhsilin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğıya görə çox hörmətli möhtərəm cənab Prezident İlham Heydər oğlu Əliyevə bütün daşkəsənlilər adından bir daha da öz dərin minnətdarlığımızı  və təşəkkürümüzü bildiririk.

Məlumat üçün diqqətinizə çatdırım ki, hal-hazırda Daşkəsən rayonunda 42 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 26-sı tam orta, 14-ü ümumi orta, 2-si isə ibtidai məktəbdir.

Ümumilikdə rayon üzrə təhsil müəssisələrində 580 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Həmin tədris müəssisələrinə 3 mindən artıq  şagird cəlb olunmuşdur. Şagirdlərin təhsilə cəlb olunması, onların dərsliklərlə təminatı işi Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən daim diqqətdə saxlanılır.

2016-2017-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində  təhsil alan 287 nəfərdən 266  nəfəri IX və 230 nəfərdən 224 nəfəri  XI sinif  şagirdi  ümumi orta təhsil və tam orta təhsil haqqında attestat almışdır.  

Bu il rayonun orta məktəb məzunlarından 104 nəfəri respublikanın  ali və orta ixtisas məktəblərinə  qəbul  olunmaq üçün  ərizə vermişdir. Onlardan 59 nəfəri ali, 20 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 2015-2016-cı dərs ilində isə 50 nəfər məzun ali, 12 nəfər məzun orta ixtisas məktəblərinə qəbul olunmuşdular. Rəqəmlərə baxanda aydın görünür ki, ildən ilə qəbulların sayı artır.

Ali məktəblərə  qəbul olunan  məzunlarımızdan 2 nəfər 600-dən, 3 nəfər 500-dən yuxarı bal toplamışdır. Bu göstərici ötən illə müqayisədə aşağıdır. 2016-cı ildə ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 651 bal, 7 nəfəri isə 500-dən yuxarı bal toplamışdılar.

Mən bu məqamda bütün müəllimlərimiz adından Daşkəsən rayon təhsil müəssisələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarova da dərin təşəkkürümüzü bildiririk.

2016-cı ildə keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında rayon müəllimləri ölkə rəhbərliyindən Daşkəsən müəllimlərinin də bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədən keçirilməsini xahiş etdilər. Həmin xahiş nəzərə alındı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzaladığı Sərəncamın icrasını Daşkəsəndə təmin etmək məqsədi ilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2-4 dekabr 2016-cı il tarixlərdə Daşkəsən rayon ümumtəhsil məktəblərində çalışan müəllimlərin və hərbi rəhbərlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparıldı. Həmin diaqnostik qiymətləndirmədə 525 nəfər müəllim və hərbi rəhbər əmək haqqı artımının özünə şamil edilməsi hüququnu qazandı. 1 yanvar 2017-ci il tarixdən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmışdır.

Dövlətimizin təhsilə olan qayğısından ruhlanan müəllimlərimiz daima öz üzərilərində işləyir, dərslərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. 2016-cı ilin sonunda Daşkəsən müəllimlərinin diaqnostik qiymətləndirmədən uğurla çıxmaları dediklərimizi əyani təsdiq edir. Əmək haqqı artımı bir daha da onu göstərir ki, cəmiyyətin ziyalı təbəqəsinin maddi rifah halının yüksəldilməsi ölkə Prezidentinin daim diqqət mərkəzindədir.

Buna görə rayonumuzun bütün müəllimləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha da öz dərin minnətdarlığımızı bildiririk.

Rayonumuzda milli dəyərlərə sahib savadlı şagirdlərin yetişdirilməsi əsas məqsədimizdir. Ulu Öndər Heydər Əliyevin milli dəyərləri özündə əks etdirən gənclərin yetişdirilməsi ideyasının həyata keçirilməsi istiqamətində hamılıqla çalışmalıyıq.

Uşaqların təhsilində 1-ci sinifdən 11-ci sinfədək valideynlərin də böyük rolu olmalıdır. Valideynlərsiz müəllimlərin əziyyətinin heç bir əhəmiyyəti yoxdur. Çünki şagird günün yarısını evdə, yarısını məktəbdə keçirdir. Valideynlərinin nəzarətində olan şagirdlər dərslərində və tərbiyəsində digərlərindən seçilirlər. Ona görə də bütün hörmətli müəllimlərdən  valideynlərə çatdırılmasını xahiş edərək bildirirəm ki, indidən 4 illik tələbəlik illəri üçün uşaqlarının planlarını cızsınlar, onların gələcək yol xəritələrini hazırlasınlar, rayonumuzun adını daim ucaltsınlar.

Ötən tədris ilində uğurlarımızla yanaşı, nöqsanlarımız da olub. Belə ki, bir sıra məktəblərdə problemli məsələlər bu günədək həll edilməyib. Elə məktəblər vardır ki, illərdir həmin məktəblərdən ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan bir şagird belə yoxdur. Bəzi məktəblərdə isə müəllimlər öz işlərinə tamamilə məsuliyyətsiz yanaşırlar. Şagirdlərin təhsilə cəlb edilməsi işində də əsaslı dönüş yaradılmalıdır. Birmənalı olaraq bildirirəm ki, səriştəsiz, pedaqoji işi bilməyən, təşkilatçılıq qabiliyyəti olmayan məktəb direktorlarının barəsində ciddi tədbirlər görüləcəkdir.

Təhsil naziri cənab Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Rayon Təhsil şöbəsinə, eləcə də məktəb direktorlarına tapşırıram ki, qarşıdan gələn 2017-2018-ci dərs ilində - "Təhsildə keyfiyyət ili”ndə öz vəzifələrinə daha məsuliyyətlə başlasınlar, buraxılmış nöqsanlar aradan qaldırılsın, şagirdlərin təhsilə cəlb olunması istiqamətində işlərində dönüş yaratsınlar, valideyn-məktəb münasibətlərini dərinləşdirsinlər və rayonumuza təyinatla işləməyə gəlmiş gənc müəllimlərə qayğı ilə yanaşsınlar.

Sevindirici haldır ki, bu il Təhsil Nazirliyinin "Müəllimlərin işə qəbulu” müsabiqəsindən keçmiş 50-dən artıq gənc müəllim rayonun müxtəlif ümumtəhsil məktəblərinə işləməyə gəlmişdir. Ötən il isə 17 müəllim gəlmişdi ki, onlardan 12-si qalaraq işləyir.   

Bütün peşələrə yiyələnməkdə müəllimlərin rolu danılmazdır. Müəllimlik ən uca və bütün cəmiyyətlərə gərəkli olan bir sahədir. Heç də təsadüfi deyil ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev müəllim adını həmişə uca tutaraq demişdir: "Mən Yer üzündə müəllim adından uca ad tanımıram”.

Ulu Öndər müəllim adının ucalığını qeyd etməklə yanaşı, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimizin yorulmaz və fədakar əməyini də daim yüksək qiymətləndirmişdir. Hər birimizin həyatında müəllimlərin xüsusi rolu vardır. Müəllim adını müqəddəs tutaraq mən bir daha da Sizin hər birinizi qarşıdan gələn "Bilik Günü” münasibətilə təbrik edir, yeni dərs ilində rayonumuzun müəllim kollektivlərinə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin çıxışından sonra rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir:

- Rayonun pedaqoji işçilərinin  bu ilki ənənəvi sentyabr konfransı Respublikamızın müstəqillik yolunda  inamla addımladığı, təhsil islahatının  uğurla həyata keçirildiyi, rayonumuzda  abadlıq quruculuq işlərinin  geniş vüsət  aldığı bir dövrə təsadüf edir.

       İcazə verin, Sizi və sizin  şəxsinizdə  rayonumuzun bütün  təhsil işçilərini yeni dərs ilinin başlanması  münasibəti ilə təbrik edim. Sizə yeni  dərs ilində təhsil islahatının  həyata  keçirilməsində  uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin uğurlu daxili və xarici  siyasəti sayəsində ölkəmizin iqtisadi qüdrəti  durmadan yüksəlir, adamların maddi-rifah halı yaxşılaşır, vətənimizin beynəlxalq miqyasda şöhrəti artır. İndi Respublikamızın hər yerində  tikinti-quruculuq işləri aparılır, hər bir şəhər və qəsəbədə istirahət guşələrinin yaradılmasına yeni mədəni  və sosial obyektlərinin tikintisinə diqqət artırılmışdır.

Ölkə başçısı cənab İlham Əliyevin  diqqət və qayğısı , həmçinin  Heydər Əliyev  Fondunun dəstəyi ilə təhsil sahəsində   köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş  ölkələrin  təhsilinə  inteqrasiyası istiqamətində  mühüm addımlar atılır.

Azərbaycanda  təhsilin inkişafı, bu sahədə islahatyönümlü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsilimizin  qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteqrasiyası  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır: ”Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına  çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına  xidmət edir. Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intellektual potensialın  formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında, şəxsin, vətəndaşın fərdi inkişafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan  Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”   sənədində təhsilin keyfiyyəti başlıca  strateji prioritet elan olunmuş, ümumi təhsil  müəssisələrinin şagird və  məzunlarının keyfiyyət göstəricilərinin   yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür. Ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının  formalaşmasında  ən kütləvi təhsil sahəsi olan ümumi təhsil xüsusi  əhəmiyyətə malikdir. Ona görə də ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun, keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönümlü şəxsiyyət, vətənpərvər ruhlu  yetkin  vətəndaş kimi tərbiyəsi daim diqqət  mərkəzinə çəkilən mühüm vəzifə hesab olunmuşdur.

    Azərbaycan Dövlət  müstəqilliyinin bərpasından  sonra ümumi təhsilin inkişafına dövlət  qayğısı  güclənmiş, onu  mütərəqqi dünya təcrübəsi zəminində məqsəd, məzmun və mahiyyət baxımından yenidən qurulması halda şagird nailiyyətinin   qiymətləndirilməsində  müasir  texnologiyaların tətbiqi tədbirlərin həyata  keçirilməsinə  başlanmışdır.  Ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, bölgələrdə təlim-tərbiyə  şəraitinin  yaxşılaşdırılmasına,  növbəliyin əsaslı  şəkildə azaldılmasına  xidmət edən yeni məktəb  binalarının  inşası, maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində  ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq  səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əmək haqqının  artırılması ilə nəticələnən diaqnostik  qiymətləndirmələrin keçirilməsi, dərslərin müddətinin uzadılması, istedadlı şagirdlərin  olimpiada  hərəkatının   gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq  təhsilinin təşkili, tam orta təhsil  səviyyəsində  təhsilin  təmayülləşməsinin tətbiqi və ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli  tədbirlərdəndir. Həqiqətən də, aparılmış monitorinq və araşdırmalar  göstərir ki,  son illər nazirlik tərəfindən ümumtəhsil məktəb  şagirdlərinin təlim  nailiyyətlərinə nəzarətin gücləndirilməsi sahəsində  bölgələrdə ümumi təhsil üzrə keyfiyyət  göstəricilərində xüsusilə də buraxılış imtahanları və ali məktəbə qəbulun  nəticələrində əvvəlki illərdə  müqayisədə nəzərəçarpan  irəliləyişlər  müşahidə  edilməkdədir. Bununla belə etiraf olunmalıdır ki,  ümum təhsilin hazırkı keyfiyyət səviyyəsinin davamlı surətdə  yaxşılaşdırılması üzrə təsirli tədbirlərin  görülməsi ən zəruri  vəzifə kimi  meydana çıxır. Qeyd olunanları nəzərə alaraq, ümumi  təhsil sahəsində müasir  dövrün çağırışlarına əsaslanmaqla  şərtləndirən keyfiyyət dəyişikliklərinə  nail  olmaq və bu  prosesdə yerli təhsil idarə etmə  orqanlarının, məktəb pedaqoji kollektivlərinin  imkanlarını səfərbər etmək  məqsədilə Azərbaycan  Respublikasının  Təhsil Naziri cənab Mikayıl Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə  2017/2018-ci dərs ili ölkənin dövlət  ümumi təhsil müəssisələrində "Təhsildə keyfiyyət ili” elan olunması ümumtəhsil sahəsində  tarixi hadisədir.    

       Strategiyada nəzərdə tutulmuş təhsil  sistemində idarəetməni  təkmilləşdirmək məqsədi ilə  "Azərbaycan Respublikası  Təhsil Nazirliyinin strukturunun  təkmilləşdirilməsi haqqında”  Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü  il tarixli  sərəncamı təhsilin  nəticələrinə görə cavabdeh, şəffaf  və səmərəli idarəetmə  sisteminin  formalaşdırılmasına, maliyyə  və inzibati resursların vahid  təhsil siyasətinə uyğun  planlaşdırılması  və təhsil idarəçiliyinin qarşıda   duran vəzifələrə adekvat  qurulmasına, ölkə  təhsilinin  qabaqcıl dünya standartları səviyyəsinə çatdırılmasına əsaslı zəmin yaratmışdır. Struktur islahatları nəticə  etibarı ilə təhsilin  keyfiyyət  göstəricilərinin əsaslı  surətdə  yaxşılaşdırılmasına,  sağlam təhsil mühitinin  yaradılmasına, müəllim  peşəkarlığının  artırılmasına, təhsilalanların və təhsilverənlərin  hüquq və qanuni mənafelərinin təmin  edilməsinə yönəldilmişdir.

       Onu da qeyd edim ki,  yüksək nüfuzlu  təhsilverənin  formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş, bu hədəfə nail olmaq üçün nəticə əsaslı əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması nəzərdə tutulmuşdur.

       Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik  qiymətləndirilməsinə başlanmış, mərhələlərlə həyata keçirilən qiymətləndirmə prosesi cari ilin avqust ayında başa çatmışdır.

       Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artmışdır.

      Eyni zamanda, ölkə Prezidentinin  23 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə ümumi təhsil müəssisələrinə  işə qəbul olunan müəllimlər diaqnostik  qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulmuşdur.

        Rayonumuzun bütün   müəllimləri təhsil sahəsinin inkişafı,  mövcud problemlərin aradan qaldırılması istiqamətində  aparılan islahatları  ürəkdən bəyənir. Milli  təhsilimizin  yüksək səviyyəyə  çatdırılmasını təmin edən  ölkə başçısının sərəncamlarını  böyük rəğbətlə qarşılayır,  bu  sahədə qarşıya qoyulmuş  vəzifələrin  məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirirlər.

  Onu da qeyd edim ki,  Azərbaycanın silahlı qüvvələrinin 2016-cı ilin aprelində Ermənistan tərəfindən törədilən təxribatların  qarşısının  alınmasında və işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi  müstəsna rəşadət və igidlik, xüsusilə də  ordumuzun qəhrəmanlıq  rəmzinə çevrilmiş Lələtəpə  əməliyyatında qazanılmış tarixi qələbə  ölkəmizin hər bir vətəndaşında böyük ruh yüksəkliyi yaratmış, vətənpərvərlik duyğularını, mübarizə əzmini və işğala məruz qalmış ərazilərimizin tezliklə qaytarılacağına inam hissini  gücləndirmişdir.

Azərbaycan   Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, işğaldan azad  olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndinin  bərpası və buraya hazırda digər bölgələrdə  məskunlaşmış yerli əhalinin köçürülməsi barədə tapşırığı ölkə  ictimaiyyəti tərəfindən doğma  ata-baba  torpaqlarımıza böyük  qayıdışın başlanğıcı kimi  qiymətləndirilmişdir. Qısa müddət ərzində həmin kənddə yaşayış evlərinin, təhsil, səhiyyə, rabitə, ticarət obyektlərinin inşası, müasir yol infrastrukturunun qurulması isə dövlət başçısının  siyasi iradəsi və qətiyyətinin, dövlətimizin iqtisadi qüdrətinin parlaq təzahürüdür.

        Qeyd olunanları, eləcə də Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclər vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş  torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov ümumtəhsil müəssisələrində  2017-2018-ci dərs ilinin  ilk dərs məşğələsi "Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunması barədə 31 avqust 2017-ci il tarixli  264 nömrəli əmr imzalamışdır.

         Həmin dərslərdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin  buraya köçürülməsi ilə başlanan  böyük qayıdışın siyasi və sosial  mahiyyəti barədə şagirdlərə zəruri məlumatların verilməsi təmin edilmişdir.

      Respublikamızın hər yerində olduğu kimi  Daşkəsən rayonunda da təhsil islahatının  həyata  keçirilməsi, ümumtəhsil  məktəblərin  maddi-texniki   bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində  uğurlu nəticələr  əldə edilmişdir.

       Beləliklə, Daşkəsən rayon İcra Hakimiyyətinin  başçısı cənab  Əhəd Abıyevin təşəbbüsü yaxından köməyi nəticəsində Təhsil Şöbəsi  yeni inzibati binaya köçürülmüşdür. bu da o deməkdir ki, Təhsil Şöbəsində  nəticələrə görə  cavabdeh, şəffaf və səmərəli  idarəetmə sistemi formalaşmasında cənab başçı yaxından iştirak edir.

2016-2017-ci dərs ilində Rayon Təhsil Şöbəsinin tabeliyində 42  ümumtəhsil məktəb, o cümlədən  26 tam orta, 14 ümumi orta, 2 ibtidai  təhsil müəssisəsi fəaliyyət göstərmişdir.

Bu gün təhsil müəssisələrində təhsilalanların savadlı və səriştəli bir şəxs kimi formalaşması  müəllimlərin bilik və bacarıqlarından, peşəkarlıq  səviyyəsindən asılıdır. Təhsil  müəssisələrində çalışan qabaqcıl,  səriştəli müəllimlərin əməyi həmişə yüksək qiymətləndirilmişdir.

         Rayonun  təhsil ocaqlarında  gənc nəslin  təlim tərbiyəsi ilə 580 nəfər müəllim məşğul olmuşdur ki,  onlardan  400 nəfərini qadınlar təşkil edir.  Təhsil sahəsində qazandıqları   nailiyyətlərə  görə 6 nəfər  "Əməkdar müəllim” adına, 5 nəfər isə "Tərəqqi” medalına layıq görülmüşdür.

Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3397 nəfər şagird   cəlb edilmiş,  onlardan 1219 nəfəri şəhər  və qəsəbə, 1680 nəfəri isə kənd  məktəblərində   təhsil almışdır.  Dərs ili ərzində 227 nəfər   şagird getmiş, 177 nəfər gəlmişdir.  Dərs ilinin sonunda şagirdlərin sayı 3347 nəfər olmuşdur.

      Yola saldığımız  dərs ilində rayon Təhsil Şöbəsinin fəaliyyətinin əsas  istiqaməti  aparılan islahatlar sahəsində   yeni kurikulumların tətbiqi prosesini müntəzəm nəzarətdə saxlamaq, bu  vacib işin yerinə yetirilməsinə  ardıcıl əməli köməklik göstərmək, nəticələrin   monitorinqi və qiymətləndirilməsini aparıb  təkliflər hazırlamaq, eyni zamanda pedaqoji ictimaiyyət  arasında maarifləndirmə tədbirlərini   gücləndirmək olmuşdur. Artıq  məlumdur ki, I-IX siniflərdə  kurikulumun  tətbiqi, bu sahədə müəllimlərin   hazırlanması  və maarifləndirilməsi işləri başa çatmışdır. Yeni təlim üsulu tədris  prosesinin  təkmilləşdirilməsində, ayrı-ayrı  fənlərin   şagirdlər tərəfindən  mənimsənilməsində güclü  təsirə malik olmuşdur. Müşahidələr  göstərmişdir ki, kurikulum tətbiq  edilən  siniflərdə  şagirdlərin fəallığı, sərbəst düşünmək qabiliyyəti onların yaradıcılıq potensialının   inkişafına  əsaslı zəmin yaratmışdır.  Rayonun ümumtəhsil   məktəblərinin ibtidai siniflərində  ötən illərlə müqayisədə "4” və "5”  qiymətlərlə  oxuyan  şagirdlərin sayı  xeyli artmışdır. İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına   2 saylı, S.Vurğun adına  4 saylı şəhər, Bayan, Quşçu, Xoşbulaq  kənd  tam orta  məktəblərində  yeni təlim  üsulunun  tətbiqi sahəsində zəngin   təcrübə toplanmışdır.

Məlum olduğu  kimi  ümumtəhsil məktəblərində təhsil alan IX və XI  sinif şagirdlərinin  mərkəzləşdirilmiş  qaydada  keçirilən buraxılış  imtahanlarını  Dövlət İmtahan Mərkəzi aparır. Buraxılış imtahanlarına hazırlıqla əlaqədar  olaraq rayon Təhsil Şöbəsi  2017-ci ilin  yanvar ayında   hazırlıq  işlərini nəzarətə götürmüş, buraxılış  imtahanlarına hazırlığın səviyyəsini yüksəltmək   məqsədi ilə tədbirlər planı hazırlamış, pedaqoji kollektivlərə köməklik üçün  əməkdaşlarımız məktəblərə  təhkim olunmuşlar.

           2016-2017-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində  təhsil alan 287 nəfərdən 266  nəfəri IX və 230 nəfərdən 224 nəfəri  XI sinif  şagirdi  ümumi orta təhsil və tam orta təhsil haqqında attestat almışdır. Onlardan 1 nəfər IX sinif üzrə, 8 nəfəri isə XI sinif üzrə fərqlənmə attestatı almışlar.       

Rayonun 224 tam orta  məktəb  məzunlarından 104 nəfəri respublikanın    ali və orta ixtisas məktəblərinə  qəbul  olunmaq üçün  ərizə vermişdir.  Onlardan 59 nəfəri  ölkənin nüfuzlu ali  məktəblərinə, 20 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə   qəbul olunmuşdur. Keçən tədris ili ilə müqayisədə  ali məktəblərə qəbul olunanların sayı cari tədris ilində 9 nəfər artmışdır. Ali məktəblərə  qəbul olunan  məzunlardan  2 nəfəri 600-dən, 3 nəfəri isə 500-dən  yuxarı bal toplamışdır.

Etiraf etməliyik ki, ali məktəblərə qəbulun keyfiyyət  göstəriciləri ötən illərlə müqayisədə xeyli yüksək olmuşdur və bu həqiqətən  pedaqoji kollektivlərimizin  uğurlu fəaliyyəti kimi qiymətləndirilməlidir.

Təlim prosesində müasir metod  və texnologiyalardan  istifadə  hər bir müəllimin qarşısında mühüm vəzifələr qoyur. Buna görə də hər bir fənn  müəlliminin özü yeni təlim  modelinə yiyələnərək , yenilik axtarışına qoşulması  yüksək təfəkkürə malik şəxsiyyətlər  formalaşdırılmasında öz üzərinə düşən  vəzifənin məsuliyyətini dərk etməsidir. Ölkəmizdə keçirilən  təhsil  islahatlarının  ən mühüm nəticələrindən biri , müəllimləri  yaradıcı işləməyə, qarşıya çıxan bütün çətinliklərdən çıxış yolu tapmağa  vasitələr axtarmağa  sövq etməsidir.

Kurikulum islahatının  ən dəyərli  cəhətlərindən biri müəllimlərimizin  tədris prosesinə yaradıcı yanaşmasına, şagirdlərin  təfəkkürünün işləməsinə, onların  həm də bir şəxsiyyət kimi  formalaşmasına   nail olmaqdan ibarətdir. Təhsilin  şəxsiyyətyönümlü təşkili   məhz buna ünvanlanan bir proses  kimi müəllimlərin   dərsində önəmli yer tutmalıdır.  Buna görə də müəllim dərsə hazırlaşarkən  müvafiq  standartları düzgün seçə bilməli, onun tələblərini aydın dərk etməli və dərsinin ssenarisini  qurmağı bacarmalıdır.

      Araşdırmalar göstərmişdir ki, rayonun bir çox ümumtəhsil məktəblərində  müəllimlərin dərs yükü müəyyənləşdirilərkən  ciddi pozuntulara yol verilir. Bəzi məktəb rəhbərləri   ixtisaslı kadr  çatışmazlığını bəhanə gətirərək əsas fənlərin tədrisini qeyri-ixtisas müəllimlərinə  bəzən isə orta ixtisas təhsilli müəllimə tapşırırlar. Bu isə nəticə etibarı ilə tədrisin keyfiyyətinə, şagirdlərə dərin və əsaslı bilik verilməsinə öz mənfi təsirini göstərir. 2017-2018-ci dərs  ilində  Rayon Təhsil Şöbəsi ümumtəhsil məktəblərinin  ixtisaslı kadrlarla təmin olunması üçün  Təhsil Nazirliyinə vakant yerlər haqqında məlumat vermişdir.  

        Rayon Təhsil Şöbəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  imzaladığı "Xüsusi istedada malik  olan uşaqların  (gənclərin) yaradıcılıq  potensialının   inkişafı üzrə Dövlət Proqramı”nın  tələblərinə uyğun olaraq   istedadlı uşaq və gənclərin  aşkara çıxarılması, onların  potensial imkanlarının  inkişaf etdirilməsi üçün  məqsədyönlü   tədbirlərin   keçirilməsinə xüsusi diqqət yetirir. Ötən dərs ilinin başlanğıcından hər bir ümumtəhsil məktəbi üzrə   qabiliyyətli şagirdlər  qeydiyyata  götürülmüş, onların  maraq və yaradıcılıq meyilləri nəzərə alınmaqla istedad  bankı yaradılmışdır. 2017-ci ilin aprel-may  aylarında  əlamətdar gün və hadisələrə  həsr olunmuş respublika inşa-yazı müsabiqəsində  rayonumuzun gənc istedadları  da  yaxından  iştirak  etmiş, mükafata layıq yerlər tutmuşlar. Keçən ilin dekabr və bu ilin yanvar  aylarında rayon  Təhsil Şöbəsinin  müvafiq  əmri ilə rayon  məktəblilərinin fənn olimpiadalarının  birinci və ikinci turları keçirilmişdir. Ümumilikdə   səkkiz fənn üzrə   keçirilən bilik yarışlarında 182 nəfərdən çox  şagird iştirak etmişdir.  Fənn olimpiadalarında  ən yüksək nəticələr  göstərən 8 nəfər istedadlı gənc  fənn olimpiadasının Zona birinciliyində iştirak etmək hüququ  qazanmışdır. Rayonun ümumtəhsil  məktəblərinin VI-VIII sinif şagirdləri arasında 05 mart  2017-ci il tarixdə  5 fəndən keçirilmiş fənn  müsabiqəsində 70 nəfər şagird  iştirak etmişdir. Onlardan 16 nəfəri Respublika   turunda  iştirak  etmək hüququ qazanmışdır və 17 iyun 2017-ci il tarixdə komanda  şəklində Bakı şəhərində Respublika turunda iştirak etmişlər. Ötən il ulu öndərimiz Heydər Əliyevin anadan olmasının  94 illik yubileyi  münasibəti ilə silsilə tədbirlər  həyata keçirilmişdir. Yeni Azərbaycan Partiyası  Rayon təşkilatının Rayon Təhsil  Şöbəsi ilə birqə keçirdiyi "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” inşa-yazı müsabiqəsində  550 nəfər məktəbli iştirak etmişdir. Qaliblərə YAP rayon təşkilatının  və Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Şagirdlərlə milli ideologiyanın  formalaşdırılması, vətənpərvərlik hissinin  gücləndirilməsi, onların  ulu  öndərimiz  Heydər  Əliyevin ideyaları ilə  yaxından tanış olması və öyrədilməsi istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət  yetirilmişdir. Ötən  dərs  ilində Heydər Əliyev Mərkəzində rayonun bütün tam orta məktəblərinin XI sinif şagirdləri " Heydər Əliyev irsini öyrənirik” mövzusunda  silsilə  mühazirələr  dinləmiş, ulu öndərimizin  həyat və fəaliyyətini,  Azərbaycanın  müstəqilliyi uğrunda  mübarizəsini əks  etdirən  fotostendlər, arxiv  sənədləri ilə yaxından  tanış olmuşlar.

Ötən dərs ilində rayonun məktəbli gəncləri bir sıra respublika əhəmiyyətli müxtəlif nominasiyalar üzrə müsabiqə və yarışların  iştirakçıları olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü  münasibəti ilə  4 idman növü üzrə  1 saylı tam orta məktəbin  gənc idmançıları  I yerə,  2 saylı tam orta məktəbin  gənc idmançıları II yerə, Qaraqullar kənd tam orta məktəbin  gənc idmançıları  III yerə layiq görülmüşlər. Bundan əlavə gənc güləşçilərimiz zona yarışlarında rayonumuzun  idman şərəfini layiqincə qoruyaraq mükafata layiq yerlər  tutmuşlar.

Rayon Şahmat  məktəbində gənc istedadların potensial imkanlarının  inkişafı, uşaqların  şahmat oyunun sirlərinə dərindən yiyələnməsi üçün məzmunlu tədbirlərin həyata keçirilməsinə böyük önəm verilir. Bu ilin may ayında " Şagird-ailə” respublika  şahmat yarışında  Daşkəsən şəhər 3 №-li  tam orta məktəbin şagirdi  Əsgərov Emin Arif oğlu yüksək nəticələr göstərərək  mükafata layıq yer tutmuşdur.

İ.Nəsimi  adına 1 №-li tam orta məktəbin 9-cu sinif  şagirdi  Abbasov Elnur Ramiz oğlu 2017-ci ilin  iyun  ayında  Bakı şəhərində keçirilən  "Ədəbiyyat biliciləri” respublika müsabiqəsində uğurlu nəticələr göstərərək  Azərbaycan Respublikası Təhsil  Nazirliyinin diplomunu almışdır.

           Ötən dərs ilində  Rayon Gənclər İdman  məktəbinin  fəaliyyəti qənaətbəxş olmuşdur. Belə ki,  rayonun  məktəbli idmançıları bir sıra  respublika və zona idman yarışlarında  rayonumuzun  idman şərəfini layiqincə qorumuş, xüsusilə güləş, voleybol, tennis yarışlarında   mükafatalayiq yerlər tutmuşlar.

          Uşaq Yaradıcılıq  və Texniki Yaradıcılıq Mərkəzlərində  gənclərin istedad və bacarıqların üzrə  çıxarılması,  onların texniki yaradıcılıqlarının   inkişaf etdirilməsi istiqamətində   tədbirlərin həyata  keçirilməsinə  diqqət artırılmışdır.  Hər iki mərkəzdə   bir qayda olaraq  əlamətdar gün  və hadisələr münasibəti ilə şagirdlərin  əl işlərinin, rəsm nümunələrinin, texniki model və qurğuların  nümayişi  bir ənənəyə çevrilmişdir. Keçən tədris ilində Uşaq  Yaradıcılıq Mərkəzinin  müxtəlif dərnəklərində  məşğul olan şagirdlərin əl işlərinin, çəkdikləri rəsmlərin ən yaxşıları respublika  müsabiqəsində nümayiş etdirilmişdir.

Ötən  dərs ilində  Rayon Təhsil Şöbəsi  şagirdlərə dərin və əsaslı  bilik verilməsində, tədris prosesində  mütərəqqi təlim metodlarından  yaradıcılıqla  istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.  Bu məqsədlə  rayonun bir sıra ümumtəhsil məktəbində təhsil işçilərinin  və rayonun  qabaqcıl müəllimlərinin iştiraki ilə araşdırmalar aparılmış, açıq dərslərin dinlənilməsi və müzakirəsi təşkil olunmuşdur. Araşdırmalar zamanı bir neçə qabaqcıl  fənn  və sinif  müəllimlərinin  iş təcrübələrinin  öyrənilib  yayılması  tövsiyə olunmuşdur.

Ümumtəhsil  məktəblərinin  pedaqoji kollektivlərinə metodiki yardım  göstərilməsinin səviyyəsi xeyli dərəcədə  yaxşılaşdırılmışdır. Təlim prosesində şagirdlərin  fəallığının artırılması, interaktiv metodların tətbiqinin  təşkil edilməsində  Rayon Təhsil Şöbəsi  metodkabinetinin  əməkdaşları yaxından  iştirak edir, müəllimlərə  lazımi  köməklik göstərirlər. Rayonun hər bir  ümumtəhsil məktəbində açıq dərslərin  dinlənməsində qabaqcıl  müəllimlərlə  yanaşı valideynlərin  də iştirakı təmin olunur.

Rayonun bir sıra təhsil müəssisələri, o cümlədən  İ.Nəsimi adına 1 saylı,  A.Mürsəlov adına 2 saylı və Quşçu, Bayan, Xoşbulaq  kənd  tam orta məktəbləri  rayonun  qabaqcıl  təhsil ocaqlarındandır. Həmin  təhsil müəssisələrində  çalışan hər bir   müəllim öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir. Ölkəmizin gələcəyi üçün  layiqli vətəndaşlar  yetişdirməsində  əllərindən gələni  əsirgəmirlər.

2016-2017-ci dərs ilində  qazanılmış  uğurlarla yanaşı, işimizdə  nöqsanlar da mövcud olmuşdur. Etiraf olunmalıdır ki,  rayonun ümumtəhsil məktəblərinin  heç də  hamısında   qarşıya qoyulmuş vəzifələrin tələb edilən  səviyyədə  həyata keçirilməsinə tam  məsuliyyətlə  yanaşılmır. Rayonun bir sıra  təhsil ocaqlarında  müasir idarəetmə  prinsiplərinin   pozulmasına yol verilir, pedaqoji kollektivlərdə səmərəli iş mühitinin  yaradılmasına lazımi  diqqət  yetirilmir. Tam orta məktəb məzunlarının  müstəqil həyata, cəmiyyətdə əmək  fəaliyyətinə hazır olmaması, habelə ali təhsil müəssisələrinə qəbul  prosesində  uğursuzluqla  üzləşmələri, heç şübhəsiz, məktəb  direktorlarının,  müəllim kollektivinin  fəaliyyətsizliyi, vəzifə funksiyalarına  yarıtmaz  münasibətinin nəticəsi kimi qiymətləndirilməlidir. Araşdırmalar göstərmişdir ki, bunun əsas səbəbi təhsil müəssisələrində pedaqoji kollektivlərin fəaliyyətinə düzgün, səriştəli rəhbərlik edilməsində yol verilmiş ciddi nöqsanlar, müəllimlərin  işinə müasir tələblər baxımından  qiymət  verilməməsidir. Etiraf etməliyik ki, təhsil ocaqlarında   fəaliyyət göstərən  bəzi  müəllimlər sinif jurn

Oxşar xəbərlər