Osman Nərimanoğlunun məhkəməsində hakim saxtakarlığı

  • 18 noy 2023, 15:22

05.07.2022-ci il tarixindən məmur şəbəkəsinin şər-böhtanları nəticəsində qanunsuz həbsə məruz qalan, jurnalist, siyasi-məhbus Osman Nərimanoğluna qarşı 7 ay 15 gün saxta istintaq aparılıb. 09.02.2023-cü il tarixindən Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə  başlanan proses 10 aydır müxtəlif bəhanələrlə təxirə salınaraq, kənar müdaxilələrlə, əsassız şəkildə, uzadılır. Sonuncu proses 07.09.2023-cü il tarixdə keçirilib, vəkillərimiz tərəfindən verilən vəsadətlərin bir qismi təmin edilərək anten dairələri ilə bağlı sorğular göndərilib. Sorğunun cavabı ən gec 1 aya gəlməli olduğu halda təxmini 3 aya qədər uzadılıb. Hakimlərin işə məsuliyyətsiz yanaşmaqları ilə bağlı məhkəmə-hüquq şurasına şikayət etdiyimiz üçün hakimlər bizdən küsüb, qərəzli şəkildə süründürməçiliyə yol verərək növbəti proses tarixini 1 ay da uzadaraq 07.12.2023-cü il tarixinə müəyyən etmişlər. Maraqlı hal odur ki, jurnalistin  sonuncu məhkəmə prosesi 7 sentyabrda  keçirilsə də məhkəmə portalına guya keçirilmiş saxta, yalançı 2 tarix ( 21.09.2023, 05.10.2023) əlavə edilib. Məhkəmənin tarixləri şikayətimizdən sonra baş verib. Məhkəmə müstəqil qaydada yox, böyük ehtimal Baş Prokurorluq tərəfindən idarə olunur. Jurnalistin həbsinə səbəbkar olanlar tərəfindən məhkəmə müstəqilliyi pozulur. Burda məqsəd odur ki, şərlənən jurnalisti maksimum səviyyədə həbsdə saxlamaq. Ola bilər ki, orda bəraətverici əsaslar yarandığına görə, bunlar da jurnalistə hökm oxuya bilmədiklərinə görə, prokurorluğun qanunsuz sifarişini yerinə yetirirlər. Saxta ittihamın müdafiəsini hələlik bu cür həyata keçirirlər.

Növbəti mərhələdə böyük ehtimal belə edən hakim ədaləti bərpa edə bilməz. Bunlarda o qabiliyyət, o hüquqi savad, o istək yoxdur. 


Oxşar xəbərlər