Ramzan Kadırov Stalini lənətləyib

  • 24 fev 2020, 15:32
Çeçenistan rəhbəri Ramzan Kadırov 23 fevral 1944-cü ildə çeçenlər və inquşların Sibir və Qazaxıstana sürgün edilməsinin ildönümü ilə əlaqədar çıxışında bildirib ki, hakimiyyətin bu kampaniyası son dərəcə repressiv olub.
BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Lənətə gəlmiş İosif Stalinin əmri ilə xalqlar qəddar və qeyri-insani repressiyalara məruz qaldılar", - deyə Kadırov qeyd edib.
O əlavə edib ki, həmin vaxtdan bəri bu cür qəddarlıq üçün heç bir səbəb olmayıb.
Kadırov həmçinin nasistlərlə əməkdaşlıq iddialarının əsassız olduğunu vurğulayıb.
Oxşar xəbərlər