Kantın şəhərində stadiona israf olunan milyonlar....
Almaniyanın qədim diyarlarından olan Şərqi Prussiyanın, indiki adıyla Kalininqrad (Köniqsberq) adlandırılan şəhəri Rusiyanın Avropadakı tək anklavı sayılır. Bu şəhər dünyanın ən böyük mütəfəkkirlərindən sayılan İmmanuel Kantın doğma şəhəridir.
Təsadüfi deyil ki, ruslar dünya çempionatının keçiriləcəyi stadionlardan birini məhz bu vilayətdə tikib.
"The New York Times” qəzetinin yazdığına görə, stadionun tikintisi isə hələ rəsmi rəqəmlərə görə, nə az, nə çox, tam 280 milyon dollara başa gəlib.
Məqalə müəllifi Endryu Kramerə görə, hətta dünya çempionatı üçün tikilsə belə, bu cür böyük stadionlar yerli "Baltika” komandası üçün həddindən artıq böyükdür.
Rusiyanın stadionların tikilməsinə xərclədiyi 11 milyard dollar idmanın Kreml və oliqarxlar arasında biznes bağlarının ayrılmaz tərkib hissəsinə çevrildiyini göstərir.
"Transparency International” təşkilatının direktoru müavini İlya Şumanovun sözlərinə görə, dünya çempionatı üçün tikilən stadionlar Kremlə yaxın iş adamlarına verilən mükafatdır.
"Avroritar rejimlərin iri idman obyektlərini tikməkdən ötrü ürəkləri gedir. Büdcədən böyük pullar ayrılır, bu həm çörəkdir, həm də tamaşa”, -Şumanov deyir.
Kalininqraddakı pay isə Araz Ağalarova aiddir. Məqalədə Ağalarovun Rusiya, ABŞ və Azərbaycanda geniş əlaqələriri olduğu xüsusi vurğulanıb.
Lakin məsələ burasındadır ki, Kalininqradı yuxarı eşelonda təmsil edəcək futbol komandası yoxdur. Kalininqrad da 45 minlik stadiona malik Saransk kimi ən azı möhtəşəm futtbol ənənələri ilə öyünə bilməz.
"Kalininqrad əhalisi indi də dünya çempionatından sonra bu stadionla nə edəcəyi üzərində baş sındırır. 35 minlik arenada dünya çempionatının 4 oyunu keçiriləcək.
Daha sonra stadiona yerli "Baltika” komandasına təhvil veriləcək. Bu komandanın oyunlarına isə ən yaxşı halda 4 min tamaşası gəlir.
Kalininqrdad universitetinin fəlsəfə kafedrasının dosenti Vadim Çalıy bu böyüklükdə stadionun İmannuel Kantı belə təəccübləndirə biləcəyini deyir.
"Zənginləşmə yolu ilə hər hansı ali hədəfə çatmaq ideyası Kantın bütün fəlsəfəsinə ziddir. O, həmişə mənəviyyat və əxlaqı hər şeydən uca tutub”, - Çalıy istehza ilə deyir.
Bölgənin gənc qubernatoru Anton Əlixanov isə stadionunn tikilməsini şəhər infrastrukurunun inkişafı baxımından faydalı hesab edir.
"Arenanın tikildiyi adada qamışdan başqa bir şey yox idi. Əgər stadion olmasaydı, burda çətin ki bir şey qurulardı”, - qubernator deyib.
Tənqdiçiləri əsl hiddətləndirən Kalininiqradda hazır stadionun olmasıdır. Köhnə arena 1900-cü ildə tikilib və Avropanın ən qədim stadionlarından biri hesab olunur. Əgər həmin stadion bərpa olunaraq istifadəyə verilsəydi, bu, daha ucuza başa gələrdi.
Lakin hər şey 2014-cü ildə keçirilən Soçi Qış olimpiadasındakı nəhəng və şübhəli məsrəfləri və acı təcrübəni xatırladır. Rusiyada Korrupsiya ilə mübarizə fondunun məlumatına görə, hər bir Olimpiya obyektinin tikintisinə azı 510 milyon dollar xərclənmişdi.
Demokratik.Az
