Xəbər lenti
Bütün xəbərlər

“National İnterest” NATO-nun ən böyük “kabus”undan yazdı

  • 26 may 2018, 13:31
"Təpədən-dırnağa qədər silahlanmış Kalininqrad əyaləti NATO-nun ən qorxulu kabusudur”.

Sfera.az xəbər verir ki, bu barədə "National İnterest” nəşri yazır. Jurnal Rusiyanın Baltik hərbi dəniz donanmasının Polşanın bütün donanmasından güclü olduğunu yazıb. Rusiyanın raket və donanması isə ABŞ və NATO-nun regiondakı fəaliyyət dairəsini kifayət qədər azaldır.

 
Ən böyük təhdid isə "İskəndər-M” raket kompleksləridir. Rusiya X-55 və X-101 raketləri ilə silahlanmış aviasiyasını da işlətməyə qadirdir.

Bundan əlavə, Kalininqradda "Kalibr” raketləri ilə silahlanmış kiçik artilleriya gəmiləri də yerləşdirilib. Lazım olduğu təqdirdə mina daşıyan eskadrası, iki keşikçi gəmi, dörd korvet, dörd kiçik raket gəmisi, həmçinin, yeddi raket kateri fəaliyyətə keçə bilər.

"National Interest” Kalininqrad ilə həmsərhəd NATO ölkələrinin Rusiya ordularına qarşı müqavimət göstərmək imkanının olmadığını yazıb.
 
Demokratik.Az
Oxşar xəbərlər