Amerikalı senator: "Çin cəzalandırılmalı"

  • 11 apr 2020, 13:22
“Pandemiyaya səbəb Çin hakimiyyəti və onun məsuliyytəsiz davranışıdır”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, Çndən yayılan 3-cü xəstəlikdir: “ABŞ Çini davranışını dəyişməyə məcbur etməlidir. Koronavirusa görə amerikalıların ölümünə, işsizliyə görə Çin məsuliyyət daşıyır. Borclarımıın bir hissəsini Çinin hesabına yazılmasını istəyirəm. Onlar bizə ödəməlidir, biz onlar deyil”.
Senator hesab edir ki, gələcəkdə belə hadislərin baş verməməsi üçün Çini elə sərt cəzalandırmaq lazımdır.
Qeyd edək ki, Con Hopkins Universiteti ABŞ-da koronavirusa 500 mində çox insanın yoluxduğu, 18 mindən çox insanın isə bu virusdan öldüyü barədə məlumat yayıb.
Oxşar xəbərlər