Demokratik TV
Xəbər lenti
Ramzan Kadırov inquşlardan üzr istəyib
- 10 apr 2020, 21:46
Çeçenistanın rəhbəri Ramzan Kadırov inquşların ünvanına işlətdiyi ədəbsiz ifadələrə görə üzr istəyib.
BAKU.WS xəbər verir ki, Kadırov senzuradan kənar sözləri emosiyaya qapılaraq işlətdiyini bildirib.
“Burada işlətdiyim sözlər üçün üzr istəməliyəm. Çeçenlər və inquşlar arasında mübahisə yaratmağa çalışanlar qarşısında deyil, hörmətli insanlardan üzr istəyirəm. Düşmənlər haqqında danışarkən ehtiyatsız davrandım”, – deyə Çeçenistan rəhbəri qeyd edib.
Kadırovun sözlərinə görə, veriliş zamanı çox emosional reaksiya verdiyini hiss etməyib. Ancaq respublika başçısı bunun ona haqq qazandırmadığını vurğulayıb.
Qeyd edək ki, ötən gün Kadırov koronavirusun yayılmasının qarşısını almaq üçün əməliyyat qərargahının iclasında 2018-ci ildə Çeçen-İnquş inzibati sərhədinin delimitasiya qərarının tənqid edilməsinə münasibət bildirib. Veriliş onun İnstaqramdakı hesabında yayımlanıb.
Kadırov bildirib ki, inquş və çeçenlər bir xalqdır. O eyni zamanda internetdə iki millətin bir xalq olmadığını yazanları təhqir edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ramzan Kadırov Stalini lənətləyib
Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdi
Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”
Ramzan Kadırov 12-ci dəfə ata oldu
Kreml çeçen və inquşları barışdırır
Kadırov Makkeynin ölümünə “Allahın təqdiri” dedi
Çeçen lideri hicabsız qadınlardan danışıb
Kadırov İlham Əliyevə təşəkkür etdi
Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti