GDU-nun Xarici dillər fakültəsində kütləvi kəsr nə ilə bağlıdır?

  • 10 fev 2022, 15:48
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsi 4-cü kurs tələbələrinin moderator.az-a şikayətindən sonra bir qrup üzrə imtahan nəticələri ləğv edilərək bugün yenidən təşkil olunub. Lakin, nəticəyə təsir üçün növbəti nöqsanlar yaradılıb, ötən nəticəni yaradan əsas səbəb də məlum olub.

Demokratik.Az-ın bu barədə valideyinlərdən əldə etdiyi yeni məlumata görə, yeni imtahanın təşkilində rektorun köməkçisi Elsevər Nağıyev şəffaflığı pozub. Belə ki, köməkçi bir neçə tələbəni fakültə dekanı Əjdər Əsgərova xüsusi qaydada tapşıraraq onların məqbul qiymət almalarına öncədən zəmin hazırlayıb.

Əsas isə o məlum olub ki, qrupda kütləvi kafi qiymətləndirmənin səbəbi cari tədris ilində Oxu və nitq dərsini tədris edən Ruslan müəllimin Universitetin Hollandiyaya apardığı tələbələrə rəhbərlik etdiyi üçün 1aydan çox dərslərin keçilməməsi təsir edib. Həmin fənn üzrə isə əvəz edici müəllim təşkil olunmayıb.
Qarşı tərəfin mövqeyini almağa çalışacağıq...

Demokratik.Az
Oxşar xəbərlər