ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?

  • 23 yan 2020, 09:47

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru barədə daha bir ciddi ittiham medianın gündəminə çıxarılıb. Belə ki, hər addımında və universitet idarəçiliyindən ciddi neqativ süzülən, ADAU-da çoxsaylı qanun pozuntularına, özbaşınalıqlara yol verən, plagiat elmi yaradıcılığı şübhə doğurmayan rektorun "Demokratik.Az" saytındakı ifşaedici xəbərlərinin ardından, İ.Cəfərovun hələ Gəncədə Dairə Seçki Komissiyasının sədri olduğu zaman tabeliyindəki işçisi olan xanımlardan birinin intiharı xatırlanıb. 

Demokratik.Az bildirir ki, maraqlı xatırlatmanı Aktualxeber.Az saytı irəli sürüb. 

Saytın yazdığına görə, illər öncə DSK əməkdaşını intihara sövq edənin məhz hazırki rektor olma ehtimalı, bu barədə şaiyyələr var. İttiham dolu xəbərdə qeyd edilir ki, adıçəkilənlərin xanım öz intiharından əvvəl başına belə bir hadisənin gəlməsində əsl səbəbkarın rektor İbrahim Cəfərov olduğunu bildirərək məktub yazıb, günahkar kimi məhz sabiq Dairə Seçki Komissiyasının sədrinin adını qeyd edibmiş. Bu barədə xəbərlər isə elə o zaman gündəmə gətirilibmiş. Lakin, İ.Cəfərov hadisəni əks etdirən informasiyaların qısa zamanda mediadan yığışdırılmasına, digər zəruri jurnalist araşdırmalarının aparılmamasına nail olubmuş. 

2012-ci ilin noyabrında baş vermiş hadisə ilə bağlı yayılan məlumatlardan bəlli olub ki, Gəncənin Nizami rayonu, Gülüstan qəsəbəsində yaşamış 33 yaşlı Elnurə Orucova adlı şəxs sirkə turşusu içərək intihar edib. Sayt yazır ki, sözügedən qadının intiharının əsl səbəbinin əslində gizlədilməsini indi də ehtimal etmək olar. Yəni, hüquq mühafizə orqanları Elnurə Orucovanın Gəncədə yerləşən Dairə Seçki Komissiyalarının birində çalışdığını açıqlasa da onun intihara niyə və kim tərəfindən təhrik edilməsi sualına, bu intiharın işlədiyi yerlə və rəhbərliyi ilə əlaqəsinin olub-olmamasına cavab tapılmamışdır. Tapılmışdırsa belə, bu nüansın cavabı ictimailəşdirilməmişdir. 

İntihar səbəbini əks etdirən məktubun varlığını da iddia edən sayt ADAU rektoru İ.Cəfərovun bu məsələnin ört-basdır edilməsi üçün bilavasitə canfəşanlıq göstərdiyini qeyd edir. Bu da təbii ki, o zaman və indi şübhələri xeyli artırır.

"Demokratik.Az" bildirir ki, ADAU rektorunun barəsindəki rəsmi bilgilərdə onun 2013-cü ildən sonra Gəncədə çalışdığı 38 saylı Seçki Dairəsindən uzaqlaşdırılması faktı da var. 

Həmin illərdə rektora çevrilsə də, görünür İbrahim Cəfərovun DSK-dan uzaqlaşdırılması həmin intiharla da bağlı olub. 

Qarşı tərəfi də dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Demokratik.Az


Oxşar xəbərlər