"Meydan TV" ADAU rektorundan niyə yazdı?
- 03 noy 2019, 11:49
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərovun sosial şəbəkədəki siyasi xarakterli statusları "Meydan TV"-nin də diqqətini çəkib.
"Meydan TV" rektorun statuslarından birinə istinadən yazır: "Hörmətli həmkarlar, biz Azərbaycan Dövlət Aqrar Universiteti olaraq hamılıqla möhtərəm cənab prezidentlə nəfəs alan insanlarıq, biz Prezidentimizi sevirik, Onun daxili və xarici siyasətini dəstəkləyirik. Səhər yuxudan ayılanda hər birimizin dualarının məzmunu bundan ibarətdir. Allah, Sən bizim Prezidentimizə kömək ol, Onu bütün bəlalardan qoru!"
Sizcə vəzifəli şəxslərin, ziyalı adlandırılan təbəqənin bu cür paylaşımlar, çıxışlar etməsinin səbəbi nədir?
"Demokratik.Az"-ın məlumatına görə, ADAU rektorunun facebook səhifəsindəki fəaliyyətindən görünür ki, rektor öz paylaşımlarında rəhbəri olduğu universitetin təhsil səviyyəsinə, tədrisinə, problem və nöqsanların müzakirəsinə, aqrar mütəxəssis hazırlıqlarındakı yeniliklərin tətbiqinə deyil, xüsusilə ölkə başçısı cənab İlham Əliyevin tərifinə həsr edir. Təbii ki, bu onun bir vətəndaş olaraq doğal haqqıdır, lakin rektor kimi qınağa əsas verən amillərdəndir. Prezidentin isə bir rektor tərəfindən belə ucuz və lazımsız statuslarla dəstəklənməsinə, yaltaqlığın təbliğ edilməsinə ehtiyyacı yoxdur.
Bu cür bayağı statuslarla ölkə rəhbərliyi yanında özünü dövlətçi, prezidentsevər göstərməyə çalışan rektor görünür bir sıra nöqsanını belə manipulyasiyalarla gizlətməyə, özünü müdafiə etməyə çalışır.
Bu hal da iqtidar apponentlərinə arqumentlər verir.