ADAU-nun REKTORU İLİN ƏN YAXŞI REKTORU SEÇİLİB

  • 01 iyun 2016, 20:19
İllərin zəhməti öz bəhrəsini verib. Qafqaz regionu üzrə ən böyük təhsil facebook səhifəsi olan "Azərbaycan Universitetləri” səhifəsi "2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” nominasiyası üzrə sosial yarışmasının qalibini elan edib. 

ADAU-nun mətbuat xidmətinin xəbərində deyilir ki, 1 həftə davam edən və 81.000 nəfərin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov 60,8 faiz səs toplayaraq "2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” adına layiq görülüb. Səhifədə verilən məlumata görə, səsvermənin nəticələrinin hesablanmasında universitetdə təhsil alan tələbələrin sayı ilə səsvermədə iştirak edənlərin nisbəti və tədris ili ərzində universitet üçün gördüyü işlər əsas götürülüb.

Xatırladaq ki, 2014/2015-ci tədris ili üçün keçirlən "ən yaxşı universitet” sorğusunun nəticələrinə əsasən "ən yaxşı universitet” müsabiqəsi üzrə ADAU birinci yeri, "ən yaxşı rektor” müsabiqəsində İbrahim Cəfərov ikinci yerin sahibi olub. 54 ali məktəb arasında 37. 000 iştirakçı tərəfindən aparılan seçim prosesində universitetin əldə etdiyi nailiyyətlər, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prosesində obyektivlik və şəffaflığın təmin olunması, informasiya texnologiyalarının tətbiqi, tələbələrin təhsilə olan marağının artırılması kimi meyarlar əsas götürülüb.


  Bu yüksək nəticələr ondan xəbər verir ki, ADAU zamanın tələb etdiyi inkişaf ömrü yaşayır, rektor İbrahim Cəfərov isə daim yeniliklər axtarışında olan, tələbənin ən yaxın dostuna çevrilən alimdir, ziyalıdır. Əslində səsvermənin nəticəsi həm də haqqın və ədalətin təntənəsidir.Biz də Demokratik.Az olaraq Azərbaycanda yeganə Aqrar təhsil ocağı olan ADAU-nun xoş xəbərinə sevinirik və imkan tapdıqca digər rektorları da İbrahim Cəfərovdan nümunə götürməyə dəvət edirik.Hesab edirik ki,bu qalibiyyət nümunəvi rektorun timsalında ADAU-nun növbəti qələbəsidir.Təbrik edirik.Yeni uğurlar diləyirik.

 

Demokratik.Az 

Oxşar xəbərlər