ADAU rektorunun son statusu - İbrahim Cəfərov niyə passivləşib?

  • 26 okt 2019, 22:08

Azərbaycanda "islahatlar dalğası" davam edir. Ölkə başçısının yürütdüyü bu qətiyyətli siyasi xətt ölkə iqtidarının kadr potensialının gücləndirilməsinə, məmurların cavanlaşmasına da hesablanıb.

Bu həftə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin PA rəhbərliyindən alınması daha yaddaqalan oldu.

Qəribə səslənsə də, ölkədə iri məmur dəyişikliyi baş verər-verməz müəyyən narahatlıqlar, yeni gözləntilər qabarır. "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlunun fb profilndəki az əvvəlki statusu da bu mənada maraqlıdır.

Sayt rəhbəri Gəncədə yerləşən, ölkənin yeganə aqrar təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoruna "istinadən" fikir olaraq yazır:

"Ramiz Mehdiyevin PA rəhbərliyindən vəzifədən alınması bəzi məmurların halını, gündəlik vərdişlərini pozub. Əslində islahatların real tərkibi olan, lakin bəziləri üçün bu naxoş situasiya özünü sosial şəbəkədə də aydın göstərir.

Dəyərli ADAU rəhbəri sayın İbrahim Cəfərov da deyəsən nədənsə narahatlıq keçirir, 3 gündür ki, həmişəki şövqlə status yazmır. Nə baş verir axı?
Çox zaman birbaşa prezident İlham Əliyev tərəfindən vəzifəyə təyinat almış şəxslərin müəmmalı davranışları xoş olmayan suallara səbəb olur ki, düşündüyüm ağır bir sualı cənab rektora vermirəm!

BUDUR, REKTORUN SONUNCU STATUSU - Baxın və özünüz qərar verin, adam nədənsə inciməyib ki?!"

Bildirək ki, ADAU rektoru sosial şəbəkələrdə fəaliyyət göstərən ən aktiv rektordur və onun bir neçə gündür "yorğun" davranışı maraq doğurur. Təsadüfi deyil ki, İbrahim Cəfərov facebook sosial şəbəkəsində dəfələrlə "ilin rektoru" nominasiyasının da qalibi ola bilib...

 

Demokratik.Az   


Oxşar xəbərlər