Demokratik TV
Xəbər lenti
ADAU-nun rektoru Belarusdadır
- 18 okt 2019, 12:47
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Belarus Respublikasının Mogilev Dövlət Ərzaq Universitetinin dəvəti ilə qeyd olunan təhsil müəssisəsində işgüzar səfərdədir. Səfərin məqsədi hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması, beynəlxalq səviyyəli layihələrdə iştirak, o cümlədən Horizon 2020-də partnyorluq, professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələlərini müzakirə etməkdir. Universitetin rektoru Maksim Kirkorla görüşən İ.Cəfərov ADAU-nun timsalında aqrar təhsilə dövlət dəstəyi barədə danışıb, əməkdaşlığın perspektiv istiqamətlərini qeyd edib. Rektor M.Kirkor ADAU ilə əməkdaşlıq əlaqələrinə çox böyük önəm verdiyini və bu istiqamətdə görüləcək işlərin əhəmiyyətini bildirib.
Səfər çərçivəsində rektor İ.Cəfərov "Mikrofiloranın bitki mənşəli ərzaq məhsullarının saxlanması və keyfiyyətinə təsiri” mövzusu ilə universitetin müəllimləri və tələbələri qarşısında çıxış edib, onların suallarını cavabıandırıb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Niderland Krallığının səfiri ADAU-da mühazirə söyləyib
Kuban Aqrar Universitetinin əməkdaşları ADAU-da
ADAU REKTORU TƏLƏBƏ QIZLARIN BAYRAMINI TƏBRİK EDİB
ADAU-nun REKTORU İLİN ƏN YAXŞI REKTORU SEÇİLİB
İBRAHİM CƏFƏROV 2017-Cİ İLİN DƏ REKTORU SEÇİLDİ
ADAU rektoru gənc müəllimləri və tələbələri təbrik edib
İBRAHİM CƏFƏROV İLİN REKTORU OLDU
İbrahim Cəfərova fəxri professor adı verilib - fotolar
ADAU-ya 1, 5 milyonluq texnika bağışlandı - REKTOR NAZİRƏ TƏŞƏKKÜR ETDİ
ADAU-nun rektoru tələbə evində görüş keçirib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti