Rektor İbrahim Cəfərova CAVAB - "Plagiat deyilsənsə əsaslandır, təhdid və təhqir niyə edirsən?!"

  • 26 dek 2019, 22:43

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun "müəllifi" olduğu dərsliklərin və buna söykənən elmi yaradıcılığının plagiat məhsul olduğunu yazmışdım. Şükür ki, səsi yaman gur çıxıb!

 

Rektorun illər əvvəl özününkü kimi ADAU-ya və elmi ictimaiyyətə sırıdığı "Fitopotologiya" və "Fitoterapiya" adlı dərsliklərin rus alimlərinin eyniadlı kitablarından tərcüməli köçürmə olduğunu aşkar və səhih mənbələrlə qeyd etmişdim. Bu qədər ciddi və məsuliyyətli bir iddianın üzərində qalır, yazdıqlarımı bir daha bəyan edir, Gəncənin yeganə "akademik" rektorunu da barəsində yazdığımız faktlara münasibətində daha sayqılı davranmağa dəvət edirəm. Yoxsa, bu gün ADAU-nun "mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi" adından bəzi KİV-lərdə dərc edilən "təkzib" xarakterli bir cızmaqara rektoru daha bayağı düşüncəli alim kimi qeyri-ciddi göstərir. Əsası, strateji tədris ocağının rəhbəri olan bir şəxsin "əsəbi senzurasından" sonra ADAU-nun bəzi yandaş saytlarından oxuduğumuz "mövqe yazısı" öz ruhunda və sərlövhəsində adama "xox" gəlir. Rezonansa səbəb olan bir yazının tək müəllifi Osman Nərimanoğlunu (adım çəkilməsə də) və eyni xəbəri istinadla dərc edən bir çox dəyərli saytları təhdid və təhqir edir. Bu isə əsla yolverilməzdir.

*****

Universitetin adından yayımlanan "Böhtanın və şərin son həddi..." və oxşar başlıqlı uğursuz yazının mətninə istinadən bildirirəm ki, məlum dərsliklər barədə konkret plagiatlıqda ittiham edilən rektor mahiyyətdən bilərəkdən yayınaraq konkret bizim adımızı hallandırmayaraq ümumilikdə saytlara meydan oxuyur, plagiat olmadığını dəlillərlə isbat edə bilmir, hamını məhkəmə ilə hədələyir. "Cavab yazını" da vərdiş etdiyi öztərifə kökləyərək KİV-ə təhdid predmetinə çevirir, real elmi ifşasını ucuz yolla təriflənərək manipulyasiya etdirir.

*****

Universitet rəhbəri məhz öz əməlləri ucbatından tez-tez mətbuat səhifələrində doğulan neqativ halları və sözügedən utancverici plagiatlığının ifşasını - tənqidlərimizi əsaslar göstərmədən böhtan və şər adlandırır. Hərçənd ki, mənim müəllifi olduğum yazıların heç birində rektor İbrahim Cəfərova qarşı böhtan və təhqirə əsla yer ayrılmır. Son aylarda ADAU və rektoru barədə yazdıqlarım konkret faktlara və məntiqi əsaslara, jurnalistikanın etik qaydalarına və peşə fəaliyyətimə dayanır.

*****

Rektorun "sözcüsü" guya cavab yazısında rəhbərini müdafiə üçün gülməli arqumentlər irəli sürür və əsasən deyir ki, "Fitopatologiya” və "Fitoterapiyanın” mənasını anlamayanlar İbrahim Cəfərovu plagiat adlandırmamalıdır. Çünki, adıçəkilən dərsliklər uzun illərin zəhməti hesabına başa gəlib (həqiqi müəlliflər doğrudan da o dərsliklərə əziyyət çəkiblər-O.N) və plagiat kitab dərslik kimi istifadə edilir deyə, səmərəsini anlamaq üçün orada yazılan terminlərin açılışını biləcək başda olmalısan. "Fito"nun kənd təsərrüfatı bitkisi, "patologiya"nın xəstəlik, "terapiya"nın isə müalicə demək olduğunu hökmən bilməlisən. Yəni rektor mən jurnalistə dərsliklərin plagiat olmadığını bu cür yersiz yanıltmacla sübuta çalışır ki, bu elmi-praktik baxımdan xeyli gülməlidir.

*****

Əslində, ADAU-nun mətbuat xidmətinin bugünkü ucuz "cavab yazısı" universitet rektoruna bayağı tərifdən başqa işə yaramır. Plagiatlığı inkarda mühüm açıqlama və isbatlara (çünki yoxdur) rast gəlinmir. Tərifnamə və rektorun özünün tərcümeyi-hal tezisləri ilə birgə açıqlamada "məhkəməyə verəcəyik" hədəsi məni daha çox cəlb edir. Plagiat kitablar barədə əlimdə olan daha mühüm detalları açıqlamadan, qafilləri oyatmadan prosesin rəsmiyyətə keçməsini, məhkəmə prosesinin başlanacağı günü həvəslə gözləyəcəyəm. ADAU-nun bu bəyanından qorxacaq yerim yoxdur.

*****

Hamını, xüsusilə də yazılarımı yayımlayan hörmətli sayt rəhbərlərini əmin edirəm ki, rektorun "məhkəməyə verəcəyik" təhdidi özünün istəyi deyil. Bu bir məcburiyyətdir, ölkəmizin öndəgedən akademikinin plagiatlığı üzə çıxıb və bu ciddən müəyyənləşdirilməlidir. Ədalətli araşdırılacaqsa, rektorun (akademikin) indi sahib olduğu elmi adlar əlindən alınmalıdır. Daşıdığı elmi adlar sayəsində büdcəyə illərdir vurduğu küllü miqdarda vəsait də alınıb dövlət nəfinə qayıtmalıdır.

Rektor dərslik adı altında əslində bir alimin əqli mülkiyyət toxunulmazlığına qarşı elmi cinayət edib və buna görə də dövlət babaya cavab verməlidir. Ya məhkəmə, ya media, ya da müvafiq komissiya qarşısında!

*****

Sonda, ADAU-çularda sual yaranıbsa cavab verək; "aqrar elmin inkişafında kifayət qədər yeri və nüfuzu olan alimin elmi fəaliyyətinə böhtan atmaq, ona şübhə ilə yanaşmaq nə dərəcədə ədalətlidir? Və ya İbrahim Cəfərovun bircə cümləsinin çəkisində olmayan sayt və portallar nə demək istəyir?"

"Demokratik.Az" olaraq deməliyik ki, yazdıqlarımız həqiqətdir, heç bir böhtandan söhbət getmir. Əksinə, rektorun plagiatlığı və şübhə oyadan bütün elmi fəaliyyəti hüquqi müstəvidə dərindən araşdırılmalıdır. Aqrar elmi dəyərləri ucuzlaşdırmağa cəhd edən İbrahim Cəfərovun özünün məhkəmə qarşısında plagiatlığına cavab verməsinin vaxtı çatıb. Və bizi ADAU-dan, şəxsən rektor İbrahim Cəfərovdan tənqidlər yazmağa sövq edən kifayət qədər ciddi faktlar mövcuddur, buna bizi məcbur edən həm də dövlət, millət, vətən sevgisi - qanun aliliyidir. Həm də sual etmək lazımdır - "Əgər plagiat deyilsənsə, buyur detallıca əsaslandır! Yox bacarmırsansa daha mətbuat xidməti adı altında niyə bizi və saytları təhdid və təhqir edirsən?!"

Atalar belə yerdə deyiblər ki, "oğru elə bağırar, doğrunun bağrı çatlar!"

Osman Nərimanoğlu

Demokratik.Az

Redaksiyadan - Rektorun plagiat dərslik müəllifi olduğunu sübut etmək üçün linkə daxil olun, yazını diqqətlə oxuyun və göstərilən mənbələri müqayisə edin! Həqiqətə varmaq asan olacaq... 

ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş

 

ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş
ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş
ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş
ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş

 

ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş


Oxşar xəbərlər