Əhmədzadənin çörəyini yeyən narkoman kimdir?-"Özəlləşən daha bir SSİ var" (İDDİA)

  • 22 fev 2018, 10:07

"Demokratik.Az"-ın elektron poçtuna şokedici məktub daxil olub. Məktubda "Meliorasiya və Su Təsərrüfatı" ASC - nin sədri, hörmətli Əhməd Əhmədzadənin və qohum - qardaşlarının bir sıra rayonlarda sahib olduğu geniş biznes şəbəkəsi barədə məlumatlardan bəhs olunur.

Araşdırmağa başladığımız qarmaqarışıq məktubun mətnində Əhmədzadənin inanıb etimad göstərdiyi SSİ rəislərinin xəyanətlə və yalançılıqlarla məşğul olduqları da iddia olunur. Saytımızda yazısının dərcini xahiş edən Emil adlı (şərti ad da ola bilər-red) müəllif yazaraq qeyd edir ki, Əhmədzadə Gəncəbasardakı ətraf rayonlara olan inzibati nəzarətini "itirib".

Emil adlı birinin yazdığına görə, bu kənardan elə görünsə də, əslində Əhmədzadəyə tabe qurumlardan bir çoxunun rəisinə yuxarıdan verilmiş qeyri-rəsmi səlahiyyətlər onları cızığından çıxararaq arzuolunmaz kadrlara çevirə bilib. İdarələrdə aşkar mənimsəmə və israfetmə halları yetərincədir. Gəncədə yaşadığını bildirən müraciət müəllifi ixtisaslı kadr (meliorasiya mühəndisi) olduğuna baxmayaraq işsiz qaldığını, Gəncəbasarda özünə bir iş tapa bilmədiyindən gileylənir. Onun yazdığına görə, hazırda nə Goranboyda, nə Göygöldə, nə Samuxda nə də başqa rayon Suvarma Sistemləri İdarəsində ixtisaslı kadrlar tapmaq mümkün olmaz. Müdirləri isə sanki seçib qoyublar və onların sırasında maşın alverçisinə, vaxtilə çiynində avtomat gəzdirən AMON-çu komandirə, QAİ-də illərlə yolkəsənlik edən şəxslərə rast gələrsən. Bunun isə bir plan olduğunu, qeyri-ixtisaslı savadsız şəxslərin asanlıqla SSİ-nin maxinator müdirlərinə tabe olduğunu yazan şəxs baş melioratora da belə sərf etdiyini iddia edir. O düşünür ki, bunca özbaşınalıqların qabağında Əhməd Əhmədzadə heç bir yarıtmazı işdən çıxartmır, sanki Melorasiya və Su ASC ölkədə aydan arı, sudan da duru bir qurumdur. Hərçənd ki, belə deyil.

Geniş məktubda bəhs olunan bir çox məsələləri yazmazdan əvvəl araşdırma aparmağı, dəqiqləşdirməyi zəruri hesab edirik. Sadəcə onu bildirək ki, yuxarıda göstərilənləri asanlıqla ona görə yazdıq ki, sadalanan hallar regionun SSİ rəislərinin bir neçəsinin şəxsiyyət ştrixləri ilə tam üst-üstə düşür. Dəqiqləşdirə bildik ki, hazırda Goranboyda Əhmədzadəyə maşalıq edən idarə rəislərindən biri vaxtilə rayonun ataman batalyon komandiri Rasim Əkbərovla yaxınlığı ilə seçilib. Həmin şəxs uzun illər isə DYP-nin Goranboy rayonu üzrə rəisi də olub. Samux rayonunun SSİ-nin rəisi də 90-cı illərdə avtomatlı Gülağa kimi ad çıxaranlardan olub. Maşın alverçisi isə deyəsən Göygöl rayon SSİ-nin rəisinə çizilmiş məşğuliyyətdir.

Məktubdakı başqa şokedici iddiaya görə, həmin rayonun SS idarəsində qeyri-adi idarəçilik hökm edir. Belə ki, rayon idarələrinin birinin gəlirləri Əhmədzadə tərəfindən öz ziyalı dostuna bağışlanılıb. Hətta, Əhmədzadənin həmin dostunun təqdimatı ilə idarəyə rəis qoyulan hoqqabaz bir müdir özünü lap yuxarıdan aparır. Məlumata görə, müdirin günlük məşğuliyyəti otağındakı bahalı balıqları yemləməklə, icra başçılarına qarşı danosverənliklə keçir. İnandırıcı səslənməsə də dəqiqləşdirməyə çalışdığımız bilgiyə görə, Əhmədzadənin idarənin birində yaratdığı özbaşınalıq şəraitindən yararlanan ziyalı dostunun narkoman övladının da adı işçi kimi bu idarədə gedir və işə gəlməyən narkomanın cibində maaş kartı var. Bundan savayı, Əhmədzadənin dostunun diqtəsi ilə idarə rəisi müxtəlif şəxslərə aylıq 100 litr dizel yanacağı peşkəş edir. Bəs bu özbaşınalığa cənab Əhmədzadə niyə göz yumur, buna da aydınlıq gətirmək zəruridir. Şəxslərin adını hələlik etika və dəqiqləşdirmə xatirinə yazmırıq. Zəruri dəqiqləşmələrdən sonra saytımıza daxil olan maraqlı faktlardan ibarət ayrıca geniş yazı dərc edəcəyik.

Bəs, Əhmədzadənin çörəyini yeyən narkoman kimdir? - Özəlləşməkdə olan daha bir SSİ də var? Bu suallara cavab axtaracağıq!

BİZİ İZLƏYİN!!!

"Demokratik.Az"

Oxşar xəbərlər