Elmar Vəliyevin Faiq Şabanova "Direktorluq" hədiyyəsi

  • 28 may 2016, 11:39

Azərbaycan mətbuatında icra hakimiyyəti başçıları arasında ən qalmaqallı şəxs hesab olunan Elmar Vəliyev Gəncəyə təyinatından bu yana demək olar ki,ən iri ranqlı məmurlarla da açıq savaşlar aparır.Yəni o,ozündən yüksək vəzifə səlahiyyətləri daşıyan hər məmurun işinəbirbaşa müdaxilələr edib,ölkənin ikinci böyük şəhərini istəklərinə uyğun tərzdə idarə edir.Artıq sirr də deyil ki,Gəncədə baş verənlər medianı izləyən hər bir maraqlı oxucunun yaddaşında qeyri-adi izlər də buraxıb.Bunlar təbii ki, mənim üçün ayrı-ayrılıqda araşdırma mövzusudur və araşdırmaqla oxucuya təqdim etməyə çalışacağam.

Mənim indiyədək əldə etdiyim bilgilərə əsaslanaraq deyə bilərəm ki,son illər Elmar Vəliyev ədalı hərəkətləri ilə daha çox təhsil naziri Mikayıl Cabbarovla problemlər yaşayıb.Belə ki,icra başçısı təyinatından dərhal sonra o Gəncə şəhərindəki orta məktəblərdə də kadr islahatları aparıb,özünün şəxsən önəm verdiyi şəxsləri direktor təyin edib,bir sıra məktəb direktorunu isə vəzifəsindən özünəməxsus tərzdə qovdurub.Təbii ki,bu addımlar haqlı olaraq təhsil nazirliyi tərəfindən heç də yaxşı qarşılanmayıb.Və dəfələrlə ölkə təhsilinin inkişafına xüdudi önəm verən və Prezident cənab İlham Əliyev tərəfindən bu vacib öhdəliyi çiyinlərində daşıyan Mikayıl Cabbarov məsələnin ciddiliyini bildirməklə narahatlığını bildirib.Öz növdəsindəE.Vəliyevi təhsil nazirliyinin işlərinə müdaxilələrdən çəkinməyə dəvət edib.Təsadüfi deyil ki,hətta Mikayıl CabbarovGəncədə keçirdiyi iclaslarda nazirliyə tabe bütün qurumların yalnız təhsil nazirliyinə tabe olduğunu xatırlatmaqla icra hakimiyyətlərinin məktəblərə və digər təhsil müəssisələrinə qanunsuz müdaxilələrini pisləyib.Bütün bunlara baxmayaraq,bir çox hallarda təhsil naziri deyəsən Elmar Vəliyevin şəxsi mövqeyinə uduza-uduza gedir.Təkcə Gəncə şəhəri,28 saylı orta məktəb barədə sadalayacağım fakt yuxarıdakı fikirlərimin əyani sübutu ola bilər.Belə ki,uzun müddət yarıtmaz fəaliyyəti ilə Göygöl rayonu Hacıməlik qəsəbəsində direktorluq etmiş İmran müəllimin Elmar Vəliyevin sehirli tapşırığı ilə Gəncəyə-28 saylı məktəbə transfer olunması öz-özlüyündə möcüzəli mətləblərdən xəbər verir.Xatırladaq ki,İmran Məmmədovun adı hazırda həbsdə olan Göygölün sabiq təhsil müdiri Altay İsmayılovla da yanaşı çəkilib.Haqqında bir xanımı Rusiyaya buraxaraq adına maaş alması kimi əfsanələr də qoşulub.Məhkəmə predmeti olmasın deyə hələlik bu mövzudan yan keçirəm.Yalnız Göygöl rayonu Hacıməlik qəsəbəsindəki orta məktəbin direktoru vəzifəsindənqol qoyduğu ciddi nöqsanlara görə,məhz təhsil nazirinin qərarı ilə direktor vəzifəsindən uzaqlaşdırılan birisinin yenidən gəncədə direktor ola bilməsinə diqqət çəkirəm.Bizim üçün və oxucu üçün belə halların qeyri-adi olmasını da nəzərə alıram.Amma yuxarıda da qeyd etdiyim kimi,Elmar Vəliyev bu tip təyinatlarda "qırmızı xətt"tanımır.Əlavə olaraq onu qeyd edim ki,bu direktor təyinatında Elmar Vəliyevin iki mühüm marağı olub.Birinci məqam 28 saylı orta məktəbin sabiq direktoru Rəna xanım İsmayılovanın məhz cənab Vəliyev tərəfindən hədəfə alınması,həmin məktəbdəki müəyyən maddi-texniki problemləri həll etmək olub.İkincisi və önəmlisi isə Hacıməlikdəki direktorluğunu itirməkdə olan İmran bəyin bu məktəbə gətirilməsi Vəliyevin planı olub.Niyəsi isə olduqca sadədir.Adıçəkilən İmran müəllimin Gəncə şəhəri Polis şöbəsinin rəisi Faiq Şabanovla yeznə -qayındır. Belə də demək mümkündür ki,Elmar Vəliyev Faiq Şabanova "direktorluq"hədiyyə"edib...

------------------

Osman Nərimanoğlu


 

---Bəs Elmar Vəliyevi sabiq direktor Rəna İsmayılovanı hədəfə almasının əsl səbəbi nə olub? Bu məsələdə Əhməd Əhmədzadənin adı niyə çəkilir?Əhmədzadə-Elmar Vəliyev arasında baş tutan telefon danışığında nələr müzakirə olunub?Demokratik.Az adıçəkilənlərin də söz haqqını tanıyır...

P.S... Təəssüf ki, eyni məzmunlu və eyni başlıqlı yazı dərc olunması üçün müəllif tərəfimdən "Gündəm Xəbər" qəzetinin e - mail poçt ünvanına göndərilsə də, Gündüz adlı şərti ad altında dərc edilib.

"Demokratik.Az"-ın oxucularında çaşqınlıq yaradan, yazı yaza bilməyən qəzet baş redaktorunu sayğıya, müəlliflik hüquqlarına diqqətə dəvət edirik. Bu cür plagiatlıqla məşğul olmaq axı nəyinizə lazımdır?

Qəzetin növbəti nömrəsində yəqin ki, səhv etiraf olunacaq!

Demokratik.Az

Oxşar xəbərlər