Xəbər lenti
Bütün xəbərlər

Hüseyn Bağırovun kadr seçimləri niyə "axsayır"?

  • 05 may 2015, 19:29


 

Ötən həftə "Demokratik.Az"-a Göygöl rayon Meşə Mühafizə və Bərpası Müəssisəsində mexanik vəzifəsində çalışan Arif Məmmədov tərəfindən şikayət məktubu daxil olub.Məktubda bildirilir ki,adıçəkilən müəssisədə hazırda bütün normal münasibətlər pozulub,müəssisədaxili süni problemlər baş qaldırıb.2014-cü ildən bəri bu mənfi dəyişikliyi özünəməxsus tərzdə ifadə edən məktub sahibi yazır ki,hər şey Aslan Vəliyevin müvəqqəti müdir təyinatından sonra başlayıb və hər gün pisləşməyə doğru davam edir.Məktubda deyilir ki,Aslan Vəliyev təyinatının ilk günündən rüşvət almaqla məşğuldur.Müəssisəni qeyri-qanuni qaydalarda idarə edən müdir tabeliyində çalışanlardan,onların aylıq maaşlarından da gözünü çəkməyərək nazir Hüseynqulu Bağırovun tapşırığı ilə bir aylıq maaş məbləğində olan yeni il sovqatını da zorla əllərindən almışdır.Vermək istəməyənləri işindən qovacağı hədəsilə buna nail olmuşdur.Bundan əlavə,müəssisənin sürücüləri Nofəl Məmmədovun,Məhəmməd Mustafayevin və meşə gözətçisi Mahirin adına yazılan pulları da hər ay mənimsəyir.Şikayətçi yazır ki,müəssisə Aslan Vəliyevin ailə müəssisəsinə çevrilib.Ağıllı müdir Elçin adlı oğlunu,qızını və kürəkənini işə qəbul edib.Müəssisəyə daxil edilən odunlar oğlu vasitəsilə satılaraq talanır.Aslan Vəliyev başqa üsullara da əl ataraq pul qazanc əldə etməkdən çəkinmir.İşlək vəziyyətdə olmayan maşınlara yol vərəqələri yazmaqla,yanacaq sərfiyyatı adı altında dövlət vəsaitini də havaya sovurur.Bu kimi çirkin işlərində isə Valiyəddin Baxşəliyev adlı şəxsin köməyindən istifadə edir...

 

Demokratik.Az-dan:"Müraciət müəllifi bu cür neqativ hallara toxunaraq Aslan Vəliyevin havadarının kim olduğunu,əməllərindən niyə qorxmadığını soruşur.

Bildirək ki,bizdən öncə aidiyyatı şəxslərə,eləcə də Göygöl İcra başçısı Arif Seyidova da ərizə ilə müraciət edən şikayətçinin yazdıqlarına hələ ki,məhəl qoyan tapılmayıb.Əksinə,yazdığı şikayət məktublarına cavab olaraq işindən qovulacağını ehtimal edir."

 

Adıçəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.

 

Demokratik.Az

Oxşar xəbərlər