Ağstafa məmurları şantaj olunur:"Jurnalisti şikayət edəcəyik,qoy cəzasını alsın"

  • 20 fev 2016, 22:15

Bu gün Demokratik.Az-a Ağstafa rayonunda vəzifə tutan bir neçə şəxsin müraciəti daxil olub.Hələlik müraciətin mətnində yer alan zəruri informasiyaları dəqiqləşdirdiyimizdən geniş məlumat verməyi lazım bilmirik.Müraciətdə bir jurnalistin özbaşınalıqlarından,hədə-qorxu yolu ilə onlardan rüşvət tələb etdiyindən geniş bəhs olunur. Məlumat üçün onu bildiririk ki,Ağstafadan olan bir qrup məmur onları şantaj edən və barələrində böhtanlar yazan həmin jurnalistin cinayət məsuliyyətinə cəlb olunması üçün Respublika Baş Prokurorluğuna və bir neçə quruma şikayət məktubları göndərəcəklərini də bildiriblər.Mövzu Demokratik.Az-ın diqqətindədir.Sabah ətraflı məlumat verəcəyik...

 

Sənan


Oxşar xəbərlər