Göygöl polisi şəhər mərkəzində çətin anlar yaşayıb - NİYƏSİ

  • 16 may 2020, 22:18
Göygöl rayon polis şöbəsinin əməkdaşları şəhər mərkəzində fəaliyyət göstərən "ƏMİNƏ" marketin qarşısına toplaşmış sakinləri növbəyə düzməyə, pozulmaqda olan asayişi bərpa etməyə məcbur qalıb.
Karantin qaydaları aradan qalxan rayonda sakinlərin təqaüd almaq üçün bankomata axışmaları, hay-küy salmaları və bir-birilərinə qarşı kobud davranmaları yaddaqalan olub.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, rayonda bu cür hallar tez-tez yaşanır və ilk səbəb bankomat qıtlığıdır. Bundan başqa, "Kapital" və "Beynəlxalq Bank"-a məxsus dəmir "pul dağarcıqları"nın iş adamı Məhsub Dursunovun göstərişilə məhz "ƏMİNƏ Market"ə quraşdırılması əlavə süni problemlər yaradır.
Rayonda əhalinin sıx olduğu ərzaq mağazasının giriş-çıxışına bankomat quraşdıran şəxslər əhalinin rahatlığını deyil, mağazanın gəlirinə müsbət təsirini hesabladığını söyləmək olar.
İcra başçısı Arif Seyidovla şərik olduğu deyilən, rayonun ən varlı iş adamına məxsus marketin önündə, yolda qanunsuz park edilən maşınlara polis tərəfindən xüsusi şəraitin yaradıldığı da müşahidə edilir. 
Beləliklə, "Pulunu al və məhz burdan da alış-veriş et!" prinsipi ortadadır...   
Demokratik.Az 

Oxşar xəbərlər