Xəbər lenti
Bütün xəbərlər

Hüseyin Salamovun imzaladığı sənəd onu çıxılmaz duruma soxub

  • 10 sen 2014, 23:55

 Artıq xeyli müddətdir ki,Nəqliyyat Naziri Ziya Məmmədovun Xüsusən görəvləndirdiyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyin Salamovla Göygöl rayon icra başçısı Arif seyidov arasında nüfuz savaşı gedir.Belə ki, Hüseyin Salamovun imzası və möhürü ilə təsdiq edilmiş bir sənəd tərəflər arasında böyük narazılıqlara yol açıb.

 

 

Gəncədə "Həsən-Aysel"SərnişindaşımaMMC-nin təsisçisi Mövsüm Quliyev tərəfindən "Demokratik.Az"-a müraciəti bunları deməyə əsas verir.

Müraciət müəllifi qeyd edir ki,bir neçə ay bundan öncə DANX-nə Gəncə-Balçılı-Hacıməlik marşrutu üzrə fəaliyyət göstərməsi üçün müraciət edib və müraciəti təmin edilib.Lakin şikayətçi bildirir ki,həmin andan etibarən ona qarşı böyük hücumlar var.Daha dəqiqi,şikayətçi bildirir ki,həmin qrafik üzrə uzun illərdir qanunazidd fəaliyyət göstərən Göygöl-Xanlar Avtonəqliyyat ATSC-nin sahibi Məcnun (Mişa)Mahmudovun və Göygöl r. İcra başçısı Arif Seyidovun təhdid və hədələri ilə üzləşib.  

Şikayətçinin Demokratik.Az-a verdiyi xəbərə görə Gəncə regional Nəqliyyat Departamenti ilə aralarında rəsmi müqavilə sənədləri olsa da bir neçə aydır ki,deyilən xətt üzrə sərnişindaşıma ilə məşğul ola bilmir.Məcnun Mahmudov və himayədarının yaratdığı süni əngəllər qarşısında Departament rəhbəri Xanoğlan Qasımovun da aciz qaldığı bildirilir.Hətta Xanoğlan Qasımov məsələ ilə bağlı Arif Seyidov tərəfindən rayon icra hakimiyyətinə də çağrılıb və sonuncunun diqtəsi ilə Məcnun Mahmudovun xeyrinə məsələləri həll etməsi barədə ciddi tapşırıq da alıb.Arif Seyidov sərt şəkildə rayonun rəhbəri olduğunu xatırladıb və yaxın dostu M.Mahmudovu müdafiə edəcəyini bildirib.Bu məsələdən xəbərdar olan Hüseyin Salamov isə ATSC-nin 2012-ci ildən lisenziyasının olmadığını,ATSC-nin balansındakı mikroavtobusların standartlara uyğun olmadığını bildirməklə məsələnin qanuni həllinə çalışacağı barədə sərt mövqe bildirib.Hətta ötən həftə məsələnin araşdırılması üçün Gəncəyə xüsusi nümayəndə də göndərib.

Şikayətçi bildirir ki, Göygöl-Xanlar Avtonəqliyyat ATSC-nin sahibi Məcnun (Mişa)Mahmudovuzun illərdir ki,qanunçuluğa riayyət etmir.Sən demə adıçəkilən Səhmdar Cəmiyyətdə sahibindən başqa kimsənin adına rast gəlinmir.Deyilənlərə inansaq,bu cəmiyyət yaranışından bəri dövlət təşkilatlarına da vergiləri verməkdən çox uzaqdır.

ATSC sahibi Göygöl r.Avtomobil bazasını və onu əhatə edən 6 ha torpaq sahəsini özəlləşdirdikdən sonra isə qaraja məxsus olan bütün avadanlıqları və 100-dən çox avtomobil texnikasını sataraq talayıb...

Hal-hazırda müvafiq fərqlənmə nişanları olmayan 8 kamaz markalı yük maşınından ayda 100 manat arenda haqqı alan M.Mahmudov ATSC-nin demək olar ki,irili-xırdalı bütün pul gəlirlərini gizlədərək dövlət vergisindən yayınır.Səhmdar Cəmiyyətin qeyri yollarla nəzarət altına aldığı sərnişindaşıma qrafikləri isə eşidən hər kəsdə suallar doğurur.Bu faktlar yəqin ki,aidiyyatı dövlət məmurlarının da təəccübünə səbəb olar deyə düşünmək olar.

8 mikroavtobus Gəncə-Balçılı

3 Mikroavtobus Çaylı-Pənahlar-Dozular

3 mikroavtobus Gəncə-Hacıməlik 

4 mikroavtobus Göygöl-Mollacəlilli 

2 mikroavtobus Göygöl-Kərəmli

2mikroavtobus Göygöl-Zurnabad 

1 mikroavtobus Göygöl-Şəhriyar 

bu marşrutlar üzrə sürücülərin hər birindən gündəlik plan adı altında 8-10 manat civarında pul toplayan Səhmdar cəmiyyətin real gəlirini əks etdirən heç bir sənədi yoxdur.Maşınlardan bir neçəsinin xoşbəxtlikdən fərqlənmə nişanı var.

Deyilənlərlə bağlı Göygöl İcra Hakimiyyəti ilə əlaqə saxladıq.İH rəsmisi Paşa Bayramov faktları təkzib və ya təsdiq etməsə də məsələlərin rayon icra hakimiyyətinə heç bir aidiyyatının olmadığına diqqət çəkdi...

Bildirək ki,M.Mahmudov Arif Seyidovla yaxın dostdur.Bu barədə geniş araşdırmamızı da oxuculara təqdim edəcəyik.Mövzu diqqətimizdədir...

Adıçəkilən hər kəsi dinləməyə hazırıq

 

Osman Nərimanoğlu