Gəncədə 8 post qurulub

  • 27 mart 2020, 15:30
Koronavirus təhlükəsi ilə bağlı elan olunan karantin rejimi ilə əlaqədar olaraq rayonların ərazilərinə giriş-çıxış məhdudlaşdırılır.
Demokratik.Az-ın əldə etdiyi məlumatlara görə, artıq Gəncə şəhərinin giriş-çıxışına nəzarət etmək üçün 8 yoxlama-buraxılma postları qurulub. Şəhərdə polis inspektorları xidməti avtomobillərin səsgücləndiriciləri vasitəsilə şəhər ərazisinə giriş-çıxışın məhdudlaşdırılacağı ilə bağlı əhali maarifləndirilib. 
Əldə etdiyimiz görüntülərə əsasən, digər bölgələrdə də karantin rejimi tətbiq olunmağa başlanıb.
Oxşar xəbərlər