Göygöl əhalisi 5 saat qazsız qalıb

  • 15 dek 2016, 21:06


 

Demokratik.Az-a Göygöl sakinləri tərəfindən məlumat daxil olub. Bu dəqiqələrdə saytımıza verilən məlumata əsasən, dekabrın 15-də saat təxminən 14:30 radələrində rayonun Hacıməlik qəsəbəsi ərazisində traktorun qaz borusuna çırpılması nəticəsində (qazıntı zamanı) yaranmış nasazlıqdan dolayı rayona qazın verilişi saatlarla dayandırılıb. Aldığımız məlumata görə, idarənin qaynar xətti - 104, və iş - əlaqə telefonları (0222052314) yüzlərlə zənglərə cavab verməkdən bezib, zəng cəhdləri saatlarla məşğulu göstərib. Hadisədən xəbərdar olan Göygöl İHB başçısı cənab Arif Seyidov və digər vəzifəli şəxslər də qəza yerinə gedərək, problemin həlli üçün aparılan çalışmaları sonadək izləyiblər. Xoşbəxtlikdən, soyuq qış günündə təcili-təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:45-də əhaliyə qazın verilişi tam bərpa olunub. Saytımızı bilgiləndirən sakinlər qəzanın aradan qaldırılmasında göstərdiyi xüsusi diqqət və qayğıya görə, şəxsən icra başçısı cənab Arif Seyidova və əziyyətləri keçən işçi briqadasına Demokratik.Az vasitəsilə təşəkkürlərini bildirirlər.

 

Demokratik.Az

 

 

Oxşar xəbərlər