Xəbər lenti
Bütün xəbərlər

Göygöl sakinləri qazsız qalıb

  • 02 sen 2016, 23:29

Avqustun 31-dən etibarən Göygöl rayonunda əhaliyə qazın verilişi dayandırılıb.

Bu barədə Demokratik.Az-a müraciət edən rayon sakinlərinin bildirdiyinə görə, öncədən xəbərdarlıq edilmədən "Azəriqaz İB"-nin yerli qurumları qazı kəsib. Əhali üç gündür ki, qazsız əziyyət çəkir. Məsələ ilə əlaqədar apardığımız araşdırmadan əldə etdiyimiz məlumata görə, ötən ayın 31-də Gəncə-Qazax magistral qaz-boru xəttinin Zazalıdan keçən hissəsində nasazlıq baş verib və hazırda problemin aradan qaldırılması istiqamətində ciddi işlər gedir. Gəncə Regional Qaz İstismarı İdarəsindən Demokratik.Az-a verilən məlumata görə, ərazidə aparılan zəruri təmir-bərpa içləri yekunlaşmaq üzrədir və sentyabrın 3-dən Göygöl rayonuna qazın verilişi tam bərpa ediləcək

..................................................

Bildirək ki, bu gün səhər saatlarından Göygöl rayonuna qazın verilişi bərpa olunub.

 

Demokratik.Az 

Oxşar xəbərlər