Xəbər lenti
Bütün xəbərlər

Çovdarovun işinə şahidlər məcburi gətiriləcək

  • 05 iyul 2017, 16:19

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Həbin Həsənovun sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan, general Sübahir Qurbanov və digərlərinin cinayət işində təqsirləndirilən MTN zabiti Fərhad Atayev ifadə verib.

O, MTN-də işlədiyi üçün Akif Çovdarov və digərlərinin adını bildiyini, lakin münasibəti olmadığını və onları tanımadığını deyib.

Digər şahidlər prosesə gəlmədiyi üçün məhkəmə onların barəsində məcburi gətirilmə qərarı qəbul edib.

Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Oxşar xəbərlər