Demokratik TV
Xəbər lenti
Demokratik.Az » "Zalda xanım var deyə söyüş söyə bilmirəm, pul alanın..."
"Zalda xanım var deyə söyüş söyə bilmirəm, pul alanın..."
- 11 yan 2017, 19:15
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

A.Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a bildirib ki, Akif Çovdarovun yaxın adamı Adil Yaqubov ifadəsində İlham Xəlilovdan 120 min alınması ilə bağlı deyilənlərin yalan olduğunu deyib.
A.Çovdarovun sürücüsü Nurxan Atakişiyev də ifadə verib. O da A.Çovdarovun İlham Xəlilovdan pul alması haqda deyilənlərin yalan olduğunu söyləyib.
İlham Xəlilovun yalan danışdığını deyən A.Çovdarov çıxışında belə bir ifadə işlədib: "Zalda xanım var deyə söyüş söyə bilmirəm. Səndən pul alanın var-yoxunu..."
İlham Xəlilov isə A.Çovdarovun dediklərinə cavab verməyib.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin edilib.
İlkin Muradov,
Musavat.com

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Tağı Əhmədov İtalyaya tətilə gedib - Çovdarov məhkəmədə onu gözləyir
DTX Çovdarovun dəstəsinə qarşı iddia qaldırıb
MTN qanqsteri Çovdarovun məhkəməsi başlayır
Akif Çovdarovun vəziyyətim yaxşı deyil?
“İttiham aktı Məlikməmmədin nağılıdır” - Akif Çovdarov
Akif Çovdarovun qızı işdən çıxarıldı
Tağı Əhmədov məhkəmədə dindiriləcək -
Akif Çovdarov İlham Əliyevə müraciət edəcək
Keçmiş MTN generalı Akif Çovdarovun həbs müddəti artırıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti