DTX Çovdarovun dəstəsinə qarşı iddia qaldırıb

Akif Çovdarovun və digər keçmiş idarə rəislərinin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Prosesə Həbib Həsənov sədrlik edir.
Jurnalistlər əvvəlki prosesdə olduğu kimi, içəri buraxılmayıblar.
«Dövlət Təhlükəsizliyi Xidməti Akif Çovdarov və onunla birlikdə mühakimə olunan üç nəfərə qarşı mülki iddia qaldırıb. Amma iddianın məbləği məlum deyil. Bu barədə prosesdən sonra təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə jurnalistlərə açıqlamasında deyib. Vəkil bildirib ki, hazırlıq iclasında mülki iddia barədə onlara məlumat verilsə də, iddia hələlik onlara təqdim olunmayıb, ona görə də mətni ilə tanış deyillər: "Cünki mülki iddia məhkəmənin dəftərxanasındadı, hələ bizə təqdim olunmayıb".
Cavid Rzazadə həmçinin məhkəmədə vəsatət qaldıraraq bildirib ki, ya bu işə mülki məhkəmədə - Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdı, ya da bu şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi, uzadılması barədə qərarlar qanunsuz sayılaraq ləğv olunmalıdı: "Bu adamlar hərbçi statusundadı, ona görə də işə Bakı Hərbi Məhkəməsi baxır, amma həbs qərarını Səbail məhkəməsi verib. İş zaman həbs qərarını da hərbi məhkəmə verməli idi".
Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə prosesə yeni qoşulduğunu bildirərək, işlə tanış olmaq üçün vaxt istəyib. Vəkil, eləcə də Akif Çovdarov 20 iş günü vaxt verilməsini istəsə də, məhkəmə oktyabrın 19-a qədər vaxt verib. Cavid Rzazadənin vəsatətinə də məhkəmə hazırlıq iclasının qərarında münasibət bildirəcək.
Rəşad
