MTN qanqsteri Çovdarovun məhkəməsi başlayır

  • 21 iyul 2016, 08:26
Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər 3 MTN əməkdaşının barəsindəki ibtidai istintaq yekunlaşıb

Demokratik.Az virtualaz.org saytına istinadən bildirir ki,bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Yaxın günlərdə məhkəməyə göndəriləcək sənədlər içərisində A.Çovdarovla yanaşı, MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun da adı keçir.

Qeyd edək ki, A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirli bilinir.

 

Demokratik.Az

Oxşar xəbərlər