Meksikada COVID-19-a yoluxanların sayı 180 mini keçdi

  • 22 iyun 2020, 10:13
Son 24 saat ərzində Meksikada koronavirusa 5 343 nəfər yoluxub. Ölkədə virusa yoluxanların sayı isə 180 545 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia bildirib.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 044 nəfər vəfat edib.
İndiyədək isə ümumilikdə 21 825 xəstə COVID-19 infeksiyasının qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər