Demokratik TV
Xəbər lenti
ABŞ kəşfiyyatı: "Çin virusun yayılma miqyasını gizlədib"
- 02 apr 2020, 12:03
Çin koronavirusun ölkədə yayılma miqyasını gizlədib və nəinki xəstələrin, həm də ölənlərin sayını da süni formada azaldıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının Ağ Ev üçün hazırlanmış gizli hesabatında bildirilib.
Nəşrə hesabat barədə məlumat verən mənbələr sənədin detalını açıqlamaqdan yayınıblar. Onların sözlərinə görə, Çinin statistikasının reallıqla bir bağlantısı yoxdur. Mənbələr qeyd ediblər ki, Çinin rəqəmləri ümumiyyətlə saxtadır.
Mənbələrdən birinin açıqlamasına görə, Ağ Ev rəsmiləri bu hesabatla ötən həftə tanış olublar.
Dünən ABŞ-ın vitse-prezidenti Mayk Pens də CNN-in efirində Çini problemin miqyasını gizlətməkdə və zəif məlumat mübadiləsində ittiham edib.
“Gerçəklik belədir ki, Çin daha ürəyiaçıq olsaydı, biz daha yaxşı durumda ola bilərdik”, - o vurğulayıb.
Qeyd edək ki, daha öncə mətbuatda Uhanda koronavirusdan ölənlərin sayı yarıbayarı az göstərildiyinə dair xəbər yayılmışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 936 200-ü ötüb. Bunların 194 583 nəfəri sağalıb, 47 249 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Koronavirusun ən çox yayıldığı ölkələrin adları açıqlandı – Siyahı
Rokfeller Fondu dünyada koronavirusun yayılacağını 10 il əvvəl açıqlayıb
Hubeydə koronavirusa yoluxanlar və ölənlər artır
ÜST: "Koronavirus güclü epidemiya deyil"
ABŞ-dan Çinə 20 trilyonluq ittiham - Koronavirus Çinin bioloji silahıdır
Uşaqlarda koronavirusun əlamətləri bunlardır - Açıqlama
Tramp koronavirusun sonundan danışdı
Alimlər koronavirusun müalicəsinə yaxınlaşdı
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artdı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti