Demokratik TV
Xəbər lenti
ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
- 28 apr 2020, 23:41
ABŞ-da koronavirusa yoluxanların sayı artıb. Bu barədə “Report” “The Washington Post” qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, hazırda Birləşmiş Ştatlarda 1 milyondan çox koronavirus xəstəsi var. Ölkə hakimiyyətinin, səhiyyə orqanlarının, Ümumdünya Səhiyyə Təşkilatının və başqa rəsmi mənbələrin məlumatları əsasında hesablamalar aparan qəzetin məlumatına görə, ABŞ-da virusa yoluxma halları dünyada qeydə alınan yoluxmaların üçdə birini təşkil edir.
Qeyd edilir ki, ölkədə koronavirusdan 57 mindən çox insan ölüb. Ancaq qəzetin məlumatına görə, ekspertlər bu rəqəmləri azaldılmış hesab edirlər.
Birləşmiş Ştatlarda virusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 295 106 nəfər COVID-19 daşıyıcısıdır. Siyahıda ondan sonra Nyu-Cersi (113 856 yoluxma) və Massaçusets (56 462) ştatları qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu ötüb. Bunların 934 mindən çoxu sağalıb, 212,5 min nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Koronavirusun ən çox yayıldığı ölkələrin adları açıqlandı – Siyahı
ABŞ-da koronavirus qurbanlarının sayı 47 mini ötdü
Dünyada koronavirusdan ölənlər 50 mini, yoluxanlar 1 milyonu keçdi
İsraildə koronavirusa yoluxanların sayı səkkiz mini ötdü
Nyu Yorkda koronavirusa yoluxanların sayı artdı - FOTO
Almaniya Çindən 130 milyard avro təzminat istəyir
Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artdı
ABŞ kəşfiyyatı: "Çin virusun yayılma miqyasını gizlədib"
"Heç kim bilmir ki, Çində hansı rəqəmlər mövcuddur" - Tramp
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti