ABŞ-da koronavirus qurbanlarının sayı 47 mini ötdü

  • 24 apr 2020, 01:55
ABŞ-da koronavirusa yoluxanların sayı 947 985 min nəfərdir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, ABŞ-da COVID-19 infeksiyasından ölənlərin sayı 47 034 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər