Demokratik TV
Dünyada koronavirusdan ölənlər 50 mini, yoluxanlar 1 milyonu keçdi
Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu keçib. Tibb sahəsi üzrə alimlər bildirirlər ki, aprelin ilk 2 həftəsi ölüm və yoluxma sayı sürətlə artacaq. Sonrakı həftədən isə prosesin azalan xətt üzrə gedəcəyi gözlənilir.
Hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 168 nəfər, ölənlərin ümumi sayı isə 51 min 354 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son bir neçə saatda ABŞ-da koronavirusa yoluxanların sayı 20 min 744, ölənlər isə 518 nəfər ölüb. ABŞ-da koronavirusdan həm yoluxma, həm də ölüm halları son günlər xeyli artıb. Ümumilikdə bu ölkədə 235 min 747 nəfər koronavirusa yoluxan, 5 min 620 nəfər bu virusdan ölən var.
Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, İspaniya, Almaniya və Çin gəlir. Çin artıq siyahıda beşinci yerə enib.
İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 4 min 668 nəfər, ölənlərin sayı 760 nəfərdir. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 115 min 242 nəfər, ölənlərin ümumi sayı isə 13 min 915 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir. İtaliyada son iki gündə yoluxma sayı xeyli dərəcədə (təxminən 3 dəfə) azalıb.
İtaliyadan sonrakı sıraya İspaniya yüksəlib. İspaniyada bu saata olan yoluxma sayı İtaliyadan çoxdur. Belə ki, son saatlarda İspaniyada bu virusa 6 min 120 nəfər yoluxub, 709 nəfər ölüb. Ümumilikdə bu ölkədə 110 min 238 nəfər yoluxan, 10 min 96 nəfər ölən var.
Almaniyada son saatlarda 6 min 283 nəfər yoluxub, 143 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 84 min 264 nəfər, ölən isə 1074 nəfərdir. Bu gündən Almaniya siyahıda 1 pillə yüksələrək, 4-cü yerə qalxıb.
Çində isə gün ərzində 35 nəfər yoluxub, 6 nəfər ölüb. Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 589) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 318 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb.
Ümumilikdə dünyada hazırda 738 min 623 nəfər koronavirus xəstəsi var. Onlardan 37 min 3 nəfərinin vəziyyəti ağırdır.
Bu gün dünyada koronavirusa ümumilikdə 64 min 971 nəfər yoluxub, 4 min 162 nəfər isə ölüb. /Musavat.com/