Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:25 - 23.11.2019  
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Tarix: 13-10-2019, 10:57 | Bölmə: Xəbərlər » Ölkə içi

“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...Ötən gecə yarısı SOCAR prezidenti Rövnəq Abdullayevin işdən azad edildiyi haqda xəbər ildırım sürəti ilə bütün ölkəyə yayıldı. Feyk internetə reket KİV-lərin əli ilə ötürülmüşdü. Təbii ki, aztirajlı KİV-lər ənənəyə və dırnaqarası jurnalistikanın yazılmamış qaydalarına əsaslanıb rəsmi informasiya mənbələrinə məhəl qoymur, manipulyasiya üstünlük verir  və etibarlı olmayan mənbələrə istinad edirlər. Bu etibarsız mənbə həm də qeyri-rəsmi mənbə statusunda çıxış edə bilər. Xüsusən də hakimiyyət nümayəndələri barədə istər dezinformasiya olsun, istər insunasiya və ya informasiya badalağı, müxalif və müxalifyönlü KİV-lər tərəfindən asanlıqla qapılır. Budur, bundan sonra etibarsız mənbənin sızdırdığı yalan məlumat leqallaşdırılmış yarımrəsmi informasiyaya çevrilir.

Bəs birdən rəsmi hökumət mənbələri həmin yalanı təkzib etsələr nə olacaq? Heç nə! Reket jurnalistlər üçün itirməyə heç nə yoxdur, onlar gənc yaşlarında onsuz da imiclərini birdəfəlik itiriblər. Müxalifətçilər isə barmaqlarını hakimiyyətyönlü fraksiyalar arasında Vizantiya xalçası altında artmaqda olan konfrontasiyaya tuşlayacaqlar. Bəs oxucu?-oxucu auditoriyasının xeyirxah həqiqətaxtaranları sual edə bilər. Oxuculara isə hansısa istefalar haqda oxumaq, daha sonra Mark Tvenin sözləri ilə desək, bu istefanın niyə baş vermədiyi haqda axmaq izahata qulaq asmaq, hansısa məmurun hansısa istefası barədə yenidən maraqlı xəbərlər oxumalı olacaqları barədə ümidlərə qapılmaq həmişə maraqlıdır.

Həmin vaxtda  isə heç nədən şübhələnməyən SOCAR rəhbəri Rövnəq Abdullayev onun baş verməmiş istefası barədə ümumxalq müzakirələrinin getdiyi bir vaxtda Əfqanıstanın ticarət və sənaye naziri ilə görüş keçirirdi. "İşdən azad edilmiş” R.Abdullayev öz istefası barədə xəbəri necə qarşıladı? Yəqin ki, əfqan nazir "Taliban”ın Kabili aldığı haqda xəbəri necə qarşılaşyardısa, elə qarşılayıb.

Hələ uşaqlıqdan Mayakovski bizi buna öyrədib ki, əgər,  hətta ulduzlar da parlayırsa deməli bu kiməsə lazımdır. Kiminsə "tüklü əlləri” son vaxtlar məqsədyönlü şəkildə Azərbaycanın milli neft şirkətinin imicini dağıtmaq üçün işləyir. Bu kimin əlləri ola bilər? Ölkə daxilindədir, yoxsa onun hüdudlarından kənarda, bunu müəyyən etmək elə də asan deyil. Amma belə görünür ki, kimsə süni şəkildə qalmaqallar seriyası hazırlayır və onların episentrində bir qayda olaraq həmişə SOCAR yer alır.

Məsələn, Rövnəq Abdullayevin "istefası ərəfəsində” YouTube-də kurort şəhərində baş vermiş növbəti qalmaqal haqda süjet peyda oldu. Xeyr, bu dəfə İbitsada deyil, Yunanıstanın Mikonos şəhərində,-Azərbaycanın dövlət neft şirkətindən olan "qızıl gənclərin” iştirakı ilə. Guya SOCAR-dan olan zənginlərin övladları Mikonosda milyonlarla dolları sağa-sola səpələyiblər və bu da yunan jurnalistlərinin diqqətini cəlb edib.

Yunan telekanalında doğrudan da Azərbaycandan olan zəngin turistlərin orgiyaları və əyləncələri, dollarları Mikonosda sağa-sola səpələmələri haqda tok-şou keçirilib. Amma verilişdə bir dəfə də olsun "SOCAR” sözü keçmir. Aydın şəkildə belə deyirlər-Azərbaycandan olan zəngin turistlər. Yəni ölkənin adını çəkirlər, amma neft və şirkət barədə bir kəlmə də yoxdur.

Paradoksaldır, amma bir neçə saat sonra "tüklü əllər” YouTube-də uzanır və tələsik həmin yüngülçəkili, sübutsuz-dəlilsiz süjeti yüngülcə montaj edir, ora bizim neft oğlanlarının Yunanıstanın turist Məkkəsindəki bahalı əyləncələri haqda qeyd əlavə edir. Və bu virus-süjeti dərhal Kərimlinin orqanı-"Azadlıq” ələ keçirir və Dövlət Neft Şirkətindən olan "qızıl oğlanların” yeni əyləncləri barədə feyk xəbəri tirajlamağa başlayr. Neftin talanması, Rövnəq Abdullayev və onun ailə üzvləri barədə mühakimələr apararaq antixalq neft adamları ilə mübarizəyə çağırışlar edilir...Sonra "tüklü əllər” bütün bu mühakimələri və çağırışları internetə sızdırır, Azərbaycanın Dövlət Neft Şirkətinə ümumxalq nifrəti çarxını fırlatmaqda davam edir. Sözün əsl mənasında "tüklü əllər” hakimiyyətin seçimini bəribaşdan müəyyənləşdirməyə, Abdullayevin çöküşünü sürətləndirməyə, feyki olmuş hadisəyə çevirməyə çalışır.

Rövnəq Abdullayev ikinci dezinformasiya-Mikonos videosüjeti haqda bir neçə saat sonra eşidir. Və həmin telesüjetin orijinalını tələb edir. Və əlbətdə ki, o həmin süjetdə şirkəti barədə bir sözə belə rast gəlmir. Əlbətdə ki, ikiqat kazus SOCAR rəhbərini bərk qayğılandırır.

Onun ayaqlarının altını kim qazır? Və nəyə görə müxalifət məhz onu hakmiyyətdəki əsas hədəfi kimi seçib? Bəlkə kimsə müxalifətə kömək edir və onu SOCAR-ın üstünə yönəldir? Və ya həmin "tüklü əllər” elə müxalifətin özüdür? Lakin dünyanın bir çox xaqlarının "əgər siz belə ağıllısınızda onda niyə belə kasıbsınız?” deyimini "əgər siz belə ağıllısınızsa niyə indiyə qədər müxalifətdəsiniz?” kimi dəyişdirib təkrarlasaq, o zaman müxalifətin hadisələri yaratmaq istedadı və imkanlarına şübhə etmək olar. Bəlkə xarici düşmən? Yaxud yanındakı düşmən?

Dünən Rövnəq Abdullayev üçün çətin gün idi. İstefa barədə dezinformasiyanın dövriyyəyə buraxılması, Əfqanıstan naziri ilə görüş və nəhayət İbitsadakı oğurluq barədə ölümsüz əhvalat fonunda Yunanıstan kurortu barədə insunasiya....

Səhər açılanda ölkə R.Abdullayevin baş tutmayan istefasını da yaddan çıxaracaq, yunan mifini də. Sual başqadır-ölkəyə bunları unutmağa imkan verəcəklərmi? Bax məsələ budur. Axı Çörçilin məşhur frazasını indiki hadisəyə uyğunlaşdırıb təkrarlasaq Rövnəq Abdullayevin çoxdan gözlənilən istefasının niyə baş vermədiyini izah edənlər həmişə tapılacaq...Və beləliklə, növbəti "istefaya” və Maldivlərdə qalmaqala qədər!//

Elnur Eminoğlu, haqqin.az yazarı

Xəbər 1013 dəfə oxunub






Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"a məğlub olub
Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
Argentina 17 "siyasi" səfirini geri çağırır
“Qalatasaray” evdə “Başakşəhər”ə məğlub olub
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - Foto
Göygöldə kişi meyiti tapılıb
“HYUNDAI” servis müştərisini aldadıb - Şikayət (FOTO+VİDEO)
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Polşada erməni təxribatının qarşısı alındı
Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub
Yeni icra başçısı iki məmuru işdən çıxardı
Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Rus səfirdən biabırçı Njde açıqlaması: “O, bizim...”
Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Ata Abdullayevə diplomatik pasportu kim verib? – QALMAQAL
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27733] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00929] calend [0.00053] topnewsend [0.00486] rsssend [0.00000] ehgend [0.00619] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25491]