Azərbaycanda 55 mlrd-lıq sərmayə

  • 05 may 2015, 20:17

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun törəmə şirkətləri 18 hasilatın pay bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir.

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə əsasən, birgə layihələrin iştirakçıları tərəfindən Azərbaycanın neft-qaz sektoruna 55 milyard dollar həcmində sərmayə qoyulub.

R.Abdullayev bildirib: "Təsis etdiyimiz 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir. "Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib".

SOCAR-ın prezidenti qeyd edib ki, son 20 ildə "Azəri-Çıraq-Günəşli” layihəsinə 3 mindən artıq yerli müəssisə və şirkət cəlb olunub.

Demokratik.Az