"Prezidentdən icazə almışam..." - Rövnəq Abdullayev

  • 04 fev 2016, 21:21
"Ölkə başçısından Qaradağ, Pirallahı və SOCAR-ın torpağı olan digər ərazilərdə kooperativ tikintilər, böyük şəhərciklər salınması ilə bağlı icazə almışam.”

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşü zamanı deyib. 

SOCAR prezidenti qeyd edib ki, proqramın icrasına gələn həftədən başlanılacaq: "Bütün neftçi gəncləri evlə təmin etməyə çalışacağıq və proqram gələn həftədən başlanacaq. Bu, sizə bayram hədiyyəsi olacaq. Artıq SOCAR-ın bir neçə idarəsinə tapşırılıb və hazırlıq işləri görülür. Hər idarəyə imkan yaradılacaq ki, torpaq sahəsi götürsün”.

R.Abdullayevin sözlərinə görə, neftçilərə təqdim olunacaq uzunmüddətli kreditlər əmək haqqından tutulacaq.
Oxşar xəbərlər