"Rosneft"in aktivlərini ala bilərik - Rövnəq Abdullayev

  • 10 fev 2016, 19:21
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ-SOCAR) Rusiyada "Rosneft”in bir sıra aktivlərinə daxil olmaq imkanını öyrənir.

"Bir neçə həftə ərzində sənədlərin imzalanması mümkündür. Aktivlərin adları məlumdur, lakin iddiaçıların sayı çoxdur, hamı "Rosneft” ilə əməkdaşlıq etmək istəyir”, - deyə şirkətin prezidenti Rövnəq Abdullayev "IP Week” çərçivəsində "Rosneft”şirkətinin prezidenti İqor Seçin ilə danışıqların yekunlarına dair jurnalistlərə bildirib.

"İnterfaks” agentliyinə iki mənbədən verilən məlumata görə, ARDNŞ "Rosnrft”dən "Polyarnoe siyanie” şirkətinin alışı məsələsini öyrənirdi. Nəticədə, həmin şirkəti Aleksey və Yuri Xotinlərin şirkəti aldı (o cümlədən "ConocoPhillips”-də payı).

ARDNŞ-nin "Polyarnoe siyanie” şirkətinə marağı şərh edərkən, Azərbaycan şirkətinin nümayəndəsi jurnalistlərə bildirib ki, "Rusiya üzrə maraqlandığımız aktivlərin sayı çoxdur”.

 

Demokratik.Az

Oxşar xəbərlər