Rövnəq Abdullayev yanğın yerinə gedib-müşavirə keçirib(yenilənib)

  • 06 dek 2015, 19:13

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir.

Demokratik.Az"Report”-a istinadən xəbər verir ki, hadisə yerində olan Şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hazırda FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

R.Abdullayevin xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir.

..........................................

Xəbər verdiyimiz kimi, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda "Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş yanğın zamanı itkin düşən neftçilərin axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi ərazidədir.


Hazırda hadisə yerində olan R.Abdullayev xilasedicilərlə birgə müşavirə keçirir.

R.Abdullayev həmin iclasda platformadakı yanğının tezliklə söndürülməsini tələb edib. Və həmin platformaya şəxsən getmək istədiyini bir daha bəyan edib.

Oxşar xəbərlər